Icma.az
close
up
RU
“Mən heç kimdən rüşvət almamışam, sistem belə idi” Sabiq xidmət rəisi

“Mən heç kimdən rüşvət almamışam, sistem belə idi” Sabiq xidmət rəisi

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başladığı elan olunub.
Dövlət ittihamçısı bildirib ki, M.Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə 1159 nəfərdən ayrı-ayrılıqda hərbi xidmətə yararsız və ya möhlət verilməsi üçün ümumilikdə 2 milyon 464 min manat rüşvət alıb. Bununla yanaşı, o, rəis kimi 10 nəfərdən qanunsuz olaraq rüşvət alaraq onları işlə təmin edib və ya iş yerlərini dəyişib.
Bu minvalla M.Cəlilov vətəndaşlardan 122 min manatdan çox rüşvət alıb.
Daha sonra məhkəmədə təqsirləndirilən şəxs Mirzə Cəlilov ifadə verib. O bildirib ki, 2020-ci ildə rəis təyin olunarkən muxtar respublikada fəaliyyət göstərən qurumun digər idarələrinin rəisləri ilə görüş keçirib, tapşırıqlar verib:
“Ümumiyyətlə, hərbi xidmətə yararsız olanlar barədə aktları həkimlər verirdi. Mən bu müddətdə heç kimdən pul almamışam. Əlbir olunan şəxslər deyilir, ancaq indi tək ittiham olunuram. Onların heç birini burada görmürəm. Bu, əvvəldən qoyulmuş qanun idi, hər rayon rüblük olaraq məlumat verirdi. Qeyd etdiyim kimi, ilk iclasda rayon idarə rəisləri bildirdi ki, qayda belə olub əvvəldən də. Mən ümumiyyətlə, heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə mənə gətirib verirdilər”.
Mirzə Cəlilov ifadəsində bildirib ki, yığılan puldan daha sonra idarə rəislərinə də verilib:
“Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam. Qanunsuz möhlətlər həkim rəyləri əsasında verilirdi”.
Məhkəmədə M.Cəlilov qanunsuz olaraq işə götürülən işçilər barədə deyib ki, onlar əvvəlcə xidmətə müraciət ediblər:
“İşə düzəlmək istəyən şəxslərin sənədləri ilə tanış olduqdan sonra sənədlər Ali Məclisə göndərilirdi. Orada təsdiqlənəndən sonra həmin şəxslər işə qəbul edilirdi”.
Mirzə Cəlilov ifadəsində qeyd edib ki, o, rüşvət alan yox, rüşvət verən olub:
“Rayon rəisləri ilə görüşdən sonra lazım olan adama zəng etdim, dedi köməklik göstərin. Mən heç kimdən rüşvət almamışam, sistem belə idi. Heç kim də əlimdə rüşvət tutmayıb”.
Daha sonra şahidlərin ifadələri dinlənilib. Şahidlər bildiriblər ki, M.Cəlilov rəis təyin olunandan sonra akt zalında görüş keçirib və orada alınacaq pulların miqdarını açıqlayıb. Belə ki, bir illik möhlət üçün 1800 manat, 3 illik təkrar müayinədən keçmək üçün 3000 manat, hərbi xidmətə yararsız bilet üçün isə 5000 manat ödənilməlidir. Yığılan pulların 10 faizi isə rayon şöbə rəislərinə verilirdi.
Şəhər və rayon şöbə rəislərindən A.Aqilov həmin müddət ərzində M.Cəlilova 620 min manat, Q.Şükürlü 117 min manat, H.Nacafov isə 350 min manat pul vərdiklərini bildiriblər. Onlar pulları şəxsən Mirzə Cəlilovun otağında siyahı halında ona verdiklərini qeyd ediblər.
Məhkəmə növbəti iclası gələn il yanvarın 10-na təyin olunub.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri