Icma.az
close
up
RU
“Sistem həmişə belə olub, mən də belə görmüşəm” Sabiq direktor yığılan pullardan danışdı

“Sistem həmişə belə olub, mən də belə görmüşəm” Sabiq direktor yığılan pullardan danışdı

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev ifadə verib.

O, ittihamlara cavab verərkən bildirib ki, direktor vəzifəsini icra etdiyi dövrdə Narkoloji Mərkəzdə ciddi çatışmazlıqlar olub: "Mən mərkəzdə təşkilatı işlərə cavabdeh şəxs olmuşam. İşlədiyim dövrdə bir dəfə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması ilə əlaqədar 2500 manat cərimə edilmişəm. Daha sonra sistem cihazları ilə əlaqədar cərimələndim, su ilə əlaqədar problem yaşadıq, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Həmin çatışmazlıqlarla bağlı hər həftə, hər ay TƏBİB-ə müraciət eləmişəm. Cavab gəlib ki, hazırda əllərində vəsait yoxdur. Buna görə bizim işçilərdən soruşdum ki, məndən öncə belə problemlər olanda nə ediblər? Mənə dedilər ki, fond yaratmışıq, işçilərlə pul yığıb xəstəxananın xərclərini ödəyirdik. Orqanizm kimi düşünün, bir orqanda problem olanda digər bütün orqanlar səfərbər olur, xəstəxanada da elə bir sistem yaranmışdı. Fonda pul qoymağa görə heç kimi məcbur etmirdik. Pulun həkimlər tərəfindən xəstələrin etdiyi "hörmət"dən verildiyini eşitmişdim. İmkanlı xəstə yaxınları, xəstələrin özləri onlara yaxşı baxılsın deyə "hörmət" edirdilər. Sistem həmişə belə olub, mən də belə görmüşəm".

Prokurorun suallarını cavablandıran sabiq direktor bildirib ki, cərimələri özəl xəstəxanaların birində psixiatr vəzifəsində çalışaraq qazandığı maaşla ödəyib.

O, fonddan yığılan pulu Zamin Əliyevdən aldığını deyib: "Zamin doktor şöbə müdiri işlədiyi zamandan güvənilən biri olub. Hamı bilirdi ki, pul xəstəxananın ehtiyacları üçün xərclənir. Heç bir gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda Zamin doktordan 1000, 1100, 1700 manat pul götürüb təsərrüfat işlərinə xərcləmişəm. Narkoloji Mərkəzə qəbulla bağlı isə heç bir pul alınmayıb. Könüllü verilənlər götürülüb".

O, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib: "Özümü qismən təqsirli bildiyim məsələ vəzifəmi layiqincə yerinə yetirə bilməmək olub. Bəzi boşluqlar olub və mən bilməmişəm. Heç vaxt komissiyanın üzvü olmamışam. İddia edildiyi kimi 250 manat alıb kiməsə sənəd verməmişəm".

Mərkəzdə işləyən həkimlərin fəaliyyətinin uzadılması ilə bağlı sualları cavablandıran sabiq direktor bildirib ki, onun elə bir səlahiyyəti olmayıb, bu işlərə Səhiyyə Nazirliyi baxır.

Daha sonra Zamin Əliyev ifadə verib. O bildirib ki, müalicə alan şəxslərin xəstəxanaya verdiyi ziyanı da ödəməyə çalışıblar: "Bizim xəstəxanalardakı xəstələr digər xəstəxanalardakılar kimi normal deyildilər. Onlar maddənin təsiri altında şüşə sındırıb, ziyan vurub, nəsə edibsə, bunu əlbəttə, biz ödəyirdik. Əlavə edim ki, digər xəstəxanalardan fərqli olaraq, bizdə xəstələr qəbul olunduqdan sonra həkim gəlib xəstəni görürdü. Elə vaxt olub ki, xəstə yerləşdirilib sonra ailəsinin xəbəri olub. Mümkün deyildi ki, biz ailədən pul istəyib xəstə qəbul edək".

O bildirib ki, dərman çatışmazlığı problemində də pulu onlar verib: "Elə xəstələr var idi ki, həm narkotik problemi vardı, həm də pnevmaniya xəstəliyindən əziyyət çəkirdi. Bizim əlimizdə isə sadəcə, psixotrop - asılılıqdan xilas edəcək dərmanlar vardı. Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox idi. Onu da biz ödəyirdik".

Elşən Mustafayevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin işlədiyi dövrdə çatışmazlıqlarla əlaqədar TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim edilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra prosesdə sənədlər tədqiq edilib.

Növbəti proses sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Sentyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri