Icma.az
close
up
RU
“Mən istərdim Arif qala, mən gedəm...” Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” Hüseyn Arifin ən böyük dərdi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Xalq şairi Hüseyn Arifin doğum günüdür.

Kulis.az Barat Vüsalın "Qağanın "aman evi" yazısını təqdim edir.

Sözümə çoxumuzun özünə Qağa bildiyi Xalq şairi Hüseyn Arifin Xalq yazıçısı İsmayıl Şıxlıyla qoşa çəkilmiş bir şəklindən başlamaq istəyirəm. Qağamız qocaman yazıçımıza "Qoca", ölməz yazıçımızsa ona zarafatla "Kafir" deyərmiş. Şair özünün də, dostunun da qüdrətini bir şeirində belə mənalandırıb:

...Yanaşı dayanmışıq,

Biz yanaşı qovrulub,

Yanaşı da yanmışıq.

...Babaları düşünüb,

Babaları anmışıq!

H.Arif hər babanı anmazdı, ondan danışmazdı. O, babalardan danışardı ki, atının nalından qığılcım səpələnərdi; "Ceyranı piyada qovub tutardı", "Kürü birnəfəsə üzüb keçərdi". Bu azman kişilər Kürdən 30 km aralıda olan Ceyrançöldəki bir yerdən bir ayağını "Sac dağı"na, digərini "Çoban dağı"na qoyub əyilərək Kürdən su içərdilər...

Bu yazını yaza-yaza hiss edirəm ki, mən də yaxşı nə öyrənmişəmsə, həmişə ruhən yanlarında olduğum, dizlərinin dibini kəsdirdiyim belə kişilərdən, atalardan, babalardan öyrənmişəm, görüb-götürmüşəm.

Günlərin birində yenə yoldayıq, səfərdəyik, Babadağa çıxmaqdayıq. Axşamüstü olsa da, harda gecələmək sarıdan narahatlığımız yoxdur. Amandayıq, əminlikdəyik. Qarşımızda Qağanın şəninə şeir yazdığı "Aman evi"nin taybatay, Haqdan açılmış qapıları görünür və bizi də "gəlin, siz də qonağım olun!" - deyə içəri çağırır: Şair bu təklifi əvəzsiz qoymur. O, evə həsr etdiyi şeirdən misralar deməyə başlayır:

Sığınır qoynuna azmış yolçular,

Qüdrətdən yaranmış çıraqdır bu ev.

Qartal da, maral da, özünü salır,

Hamıya həyandır, dayaqdır bu ev!

Burada bir bəndini sitat gətirdiyim bu şeirdən bəlli olur ki, şair bir dəfə bir meşəçi dostu və oğlu Ariflə orda gecələyib. Meşəbəyi Qaybalı kişidən soruşub ki: "Bu evin qapısı niyə açıqdı belə?" Meşəçi "Bura elə müqəddəs yerdi ki, - deyib, - burda qapıları örtməzlər". Bu müdrik cavab şairi çox təsirləndiribmiş.

Özü mənə deyərdi ki, çalış, şeiri bitirəndə "kansofka"ya fikir ver!

Özünün həmin şeirdə vurduğu möhtəşəm "kansofka"ya baxın, siz Allah:

Bir "Aman evi" var, Babadağda, tək,

Bir "Aman evi" də dünyaya gərək!

lll

Məşhur "İstiqlal marşı"nın müəllifi M.Akifin etdiyi bir dua beləymiş:

"Allahım, mən sənə öz qurtuluşum üçün yox, millətimin qurtuluşu üçün dua edirəm!"

Səməd Vurğun da vaxtilə həmin ruhda bir dua eyləyibmiş: "Dünyanın son adı qurtuluş olsun!"

Hüseyn Arifsə o dualara bənzər bir dua edirmiş kimi yazırdı:

Haqdan dönən deyiləm,

Yersiz dinən deyiləm.

Mən sevinən deyiləm,

Yer üzü yasdan çıxıb,

Dünya sevinməyincə!

Eyni ruhlu şairlər bax, belə olurlar. Babadağındakı "Aman evi"nə sığınaraq oğullaşırlar, atalaşırlar, babalaşırlar!...

lll

Şair Qağamız yaxşı bilirdi ki, "Başın ucalığı kökün dərinliyi ilə bağlıdır. Kökünü axtaran dərinə gedir".

Başımız nə qədər yüksəklərdəsə,

Kökümüz o qədər dərinlərdədir.

O, nəinki öz əslini, nəslini tədqiq edir, öyrənirdi, həmçinin başqalarına da öyrədirdi. Təkcə insanın deyil, qayanın da, daşın da fikrini çəkirdi, ölümsüzlüyünü istəyirdi. Tövsiyə edirdi:

Qayanı da əriməyə qoymayın,

Neçə qartal məskən salıb qayada!

...Üşütsə də, ayağımı, əlimi,

Əriyəndə acımışam qara da!

- deyərək kimlərinsə, nələrinsə vaxtsız yox olmasını istəmirdi.

"Kərəm dağı" adlı şeirində ilahi eşq uğrunda yalnız Yanıq Kərəmin yox, bütöv bir xalqın sinəsinə dağ çəkildiyini yada salır, demək istəyirdi ki, Kərəmin başına gələn iş bizi hələ də bitməz işə (işlərə!) salmaqda davam edir?!

lll

Daş abidələr də mövcuddur, saz və söz abidələri də!

H.Arifin yaratdığı əsərlər, yazdığı şeirlər də saz və söz abidələridir!

Hüseyn qağa söz yazmaq xətrinə söz yazan, saz çalmaq xətrinə saz çalan şairlərdən deyildi. Onu hər zaman milli və ümumbəşəri suallar düşündürürdü:

Hərə qalır öz qaydına,

Qaş qaydına, göz qaydına.

Söz qaydına, saz qaydına

Qalan oldumu, oldumu?

- deyəndə böyük şairimiz necə də haqlıydı!

H.Arif yaradıcı adamları yatmamağa, ayıq olmağa çağırırdı. "Gəlin, Koroğluya qayıdaq" devizini ortaya boş yerə atmamışdı, İnanmışdı ki, gücümüz kökümüzə, soyumuza bağlılıqdadır, milli sözümüzün, sazımızın qədrini bilməyimizlə əlaqədardır. Öz uğurları üçün minnətdarlığını belə şərh edirdi:

"Cəngi"yə, "Qaraçı"ya,

"Müxəmməs"ə borcluyam.

Babalar dünyasından

Gələn səsə borcluyam!

Bu müqəddəs borcdan yazıb-pozduğu üçün biz də ona borcluyuq!

Özündən əvvəlki ucaları, ustadları, ehtiramla yad etməsəydi, onu kim Qağa çağırardı? Kim onu "Azərbaycan Qağası" sayardı? Əgər bu qağa hər sözündə, misrasında, ən əsası, bağrının başında babaları, obaları, elləri ehtiram hissiylə yaşatmasaydı, bu qədər ümumxalq məhəbbəti qazana bilərdimi, deyə bilərdimi:

Əyilməz başımı hazıram, əyim,

Dədələr önündə sənət eşqinə.

Saz dedim, söz dedim, Azərbaycana,

Əbədi ehtiram, hörmət eşqinə!

lll

"Ey Füzuli, sil gözünün yaşını, sən ağladın, indi növbə mənimdir" misralarının müəllifi də bizim Qağamızdır. Onun da çəkmədiyi bir dərdmi, azarmı olub? Görmədiyi bəlamı olub? Almadığı yaramı olub? Baharda baharsız qalmadığı vaxtmı olub, demədiyi günmü olub:

Açıb novruzgülü, görə bilmirəm,

Hüseyn Arifin baharına bax!

O qədər həssasıydı (o qədər dərdliydi ki!), yazmaya bilərdimi: "Mən necə nigaran olmaya billəm, nədən nigarandı dağlar, bilməsəm!"

Hüseyn Arif qədər təbiət vurğunu, yollar yorğunu, çox güman ki, az olub. Ömründə dinclik nə olduğunu bilməyib. Evindən çox, dağda-daşda qalıb, gecələyibdi. Dincələndə özü yazdığı kimi, səfərdə olanda "Bənövşənin halını soranda, yazıb yaradanda, quranda" dincəlibdi.

lll

Hüseyn Arifin ən nisgilli şeirlərindən biri "Xəbəri yoxdu ki..." şeiridir.

Anası yuxusunda ondan Arifi soruşur, "Arif yaxşıdımı?" deyir. Şair bilmir ki, nə cavab versin. Ariflə xəyali söhbətində bildirir: "Səni soruşmağa gəlmişdi anam, xəbəri yoxdu ki, sən yanındasan..."

Bu nisgili başqa bir şeirində belə tamamlanır:

Hüseyinəm, üfüqlərlə tən gedəm,

Saçlarımda qırov gedəm, çən gedəm.

Mən istərdim Arif qala, mən gedəm,

Yatan dura, duran yata yerində!

lll

H.Arif əsl gələcəyimizin keçmişimiz olduğunu şeirlərində, poemalarında ("Dağ kəndi", "Örənqala") unudulmağa qoymurdu. O kəndlərdən birinin "Palıdlı", digərinin "Yarpızlı", başqa birinin "Çiskinli", "Çörəkli" adının itməyinə dözmürdü. Qıratın da, Düratın da doğma Ağstafa şəhərində adına küçə olmasını arzulayırdı. İstəyirdi ki, "Dağ kəndləri dağılmasın, şəhərlərə yığılmasın!"

Böyük vətəndaş şair mövqeyini, məramını, məqsədini belə açıqlayırdı:

Mən Qazağın bir daşını,

Yüz "Ağ ev"ə dəyişmərəm.

Bu misralar öz mayasını hardan almışdı? Əlbəttə ki, "Sevirəm Tiflisi, sevirəm, ancaq, öləndə Qazaxda götürün məni" misralarından!

Diqqətli oxucular bilirlər ki, şair Qazaxda (Qazax mahalında) doğulmuşdu.

1992-ci ildə Ağstafa rayonu yaradılanda hələ orada məscid olmadığından həmin ilin sentyabrında Qağamız vəfat edəndə onun nəşini Qazaxdakı məsciddən yuyub götürdülər. Elədiyi arzu çin oldu, şair səsi Allaha çatdı, Qazaxdan götürüldü Hüseyn Arif!

lll

İndiki dövrdə halallığa, saflığa nə qədər ehtiyac var. Məhz belə bir saflığın, halallığın daşıyıcısı olduğu üçün bu gün də, sabah da Hüseyn Arifə, Hüseyn Arif kimi şairlərə böyük ehtiyac var. Bu özü də, sözü də saf insanın təbiətlə bağlı heyrət doğuran silsilə şeirlərini oxuyursan və düşünürsən: Hüseyn Arifmi təbiətdədir, təbiətmi Hüseyn Arifdədir!? Uçulan, dağılan dağlar, daşlar, yollar, yoxuşlarmı, yoxsa şair qəlbidirmi, şair dünyasıdırmı?!

Təbiətə (şairə!) insanların tutduğu divana baxırsan, az qala özünün də insan olduğuna peşman olursan, yana-yana qalırsan, çünki görürsən:

Balalar açıb ağzını,

Yuvalar anasız qalıb.

...Təbiətin harayına

Haray çəkən kişi gərək!

Hüseyn Arif haman kişiydi, haman haraydı. Amma təəssüf ki, onun da səsinə səs verən, haray çəkən çox deyildi, azıydı təbiətin sabahını düşünən Hüseyn Arif kimi şairlər, təbiətin dilini bilənlər, rəsmini çəkənlər. Azdı onun kimi dədə-baba izlərinin qədir-qiymətini anlayıb deyənlər:

İzlər dərin, izlər qədim,

Babaları fikr eylədim.

Dizimi daşa söykədim,

Dizim doymadı, doymadı!

...Bir səyyah Ceyrançöldə görür ki, yaşı yüzü çoxdan keçmiş bir ağsaqqal çılpaq bir atın belinə sıçramağıyla bir ceyranı yaxalayıb qılıncıyla onu necə iki şaqqaya böldü. Tərəzidə hər iki şaqqanı çəkəndə gördülər ki, hər ikisi eyni gəldi. Bir qram da biri o birindən artıq, əskik gəlmədi.

Səyyah hara getsə, o əhvalatı heyranlıqla danışarmış.

Sözümün canı nədir?

Budur ki, Hüseyn Arif o kişinin nəslindəndir!

Sərrast misralarıyla!

Alıcı qırğı gözləriylə, sözləriylə!

lll

H.Arifi sazsız, sazı Hüseyn Arifsiz təsəvvür etmək olmaz. Birmənalı şəkildə deyə bilərik: H.Arifin yaratdığı əsərlər, yazdığı şeirlər, poemalar, pyeslər saz və söz abidələridir.

O, İkinci Dünya müharibəsində iştirak etmişdi. Cəbhəyə sazıyla getmişdi. Rus komandiri ondan soruşanda ki: "Bu nədi?"

- Necə nədi? Bu da silahdı! - demişdi.

lll

Ağstafa qəbiristanlığındadı Hüseyn Arifin qəbri... Qəbrin bir yanında anası, ömür-gün yoldaşı, oğlu Arif, bir yanında qızları Səhər və Zöhrə.

Hamısı sükuta dalıb.

Bircə Qağa danışır, "Ölməmişəm!" deyir. Bir az yorulub yəqin. Bir az yatıb dincəlmək istəyir və demək istəyir ki:

Ömrü boyu Vətən deyən, xalq deyən,

Sənətkarın yuxusunu pozmayın!

lll

Ona hamı "Qağa" deyirdi:

Öz uşaqları da!

Dəfələrlə eşitmişəm: qızı Zöhrə xanım "Atam" yox, "Hüseyn Qağam" belə dedi, elə dedi" deyəndə. Onun şair qağasının doqquzcildliyinə yazdığı ön sözdə deyilir: "Bunu oxuculara görəmi etmişəm, yox! Bunu Hüseyn Qağamın, özümün ağrı-acılarımı azaltmaq, həyatdan, ölümdən intiqam almaq üçün edirəm".

P.S. Ad var, kimlik əvəzidir. Hüseyn Qağanın adı kimi!

Ev var, Babadağın başındakı ev kimidir, hamının evidir - "Aman evi" kimi!

Bütövlükdə Hüseyn Arifin həyatı və yaradıcılığı da haman evdir, haman qaladır. Sanki o, bütün yazdıqlarını "Aman evi"ndə yazıb.

Axırda özü də (elə sözü də!) haman evə dönüb!

"Könüldən düşən insan unudulmağa məhkumdur..." - Necip Fazıl Kısakürek Qızından sonra oğlu da soyadından imtina etdi 25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 İyun 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri