Icma.az
close
up
RU
​ Mən 1 mahnı ilə parlamışdım Mina Hüseyn

​ Mən 1 mahnı ilə parlamışdım Mina Hüseyn

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Müğənni Mina Hüseyn ilin sonunda iddialı açıqlama yayımlayıb.

Metbuat.az xəbər verir ki, sənətçi, mətbuata bir sıra maraqlı mövzularla bağlı informasiya ötürüb. Mina geridə qoyduğumuz illəri təhlil edərək, 2026-cı ildə olacaq gözləntilərini dilə gətirib:

"2025-ci il mənim üçün özümü yenidən kəşf etdiyim il oldu. Uzun müddət səhnədən kənar qalmışdım. Dönüşdən sonra çalışdım ki, bu illəri boşluq kimi yaşamayım. Öz içimə baxaraq, güc toplayaraq yenidən musiqiyə qayıtmışdım. Son zamanlar ifalarıma fikir versəniz tamaşaçılarımla səmimi bağımı rahat görərsiniz. Və bu, mənə böyük motivasiya verdi. Qarşıdan gələn 2026-cı il üçün planım odur ki, özümü daha da inkişaf etdirim. Yeni musiqi layihələri, kliplər təşkil etməliyəm. Söz verirəm ki, gələn ildə sevənlərimi daha çox uğurum ilə sevindirəcəm".

İfaçı, sənətə 1 mahnı ilə vurduğu möhürdən, sənətdəki iddialı yerindən də bəhs edib:

"Mən özümü estradada səhnə enerjisi ilə alışıb-yanan, fövqaladə bir sənətçi kimi tanıyıram. İllər əvvəl cəmi 1 mahnı ilə necə parladığım hamıya məlumdur. Bəzi səbəblərdən uzun illər uzaqlaşmalı olmuşdum. Səhnəyə qayıdışımda fərqli Mina Hüseyn var idi qarşınızda. Düşünmürəm ki, sakit idim. Əksinə, daha dərin, daha emosional və daha yetkin bir Minanı göstərmək istədim. Mənə görə estrada yalnız səs deyil, duyğu, vizual həssaslıq və tamaşaçı ilə əlaqədir. Mən öz yerimi səhnədə daha yetkin, daha təsirli bir sənətçi olaraq görürəm. Bu da mənim üçün böyük güc və məsuliyyətdir".

İllərlə özünə qarşı olan maneələr, haqsızlıqlardan da söz açıb:

"Əgər şou-biznes qaydalarını mən yazası olsaydım, mütləq ki, sənətin dürüstlüyü ön planda olardı. Əsasən, mahiyyət, səs - küy, keyfiyyət.

Yeni aktyor və müğənnilərə yol açmaq lazımdır. Çatışmazlıqlar da var. Peşəkar etika və dəstək mədəniyyəti haqsız rəqabətdən daha vacibdir. Düzgün olmayan isə tez-tez gündəmdə qalmaq üçün səviyyədən aşağı üsulların işlədilməsi, həm də qadın sənətçilərin daha sərt tənqid olunmasıdır. Bu, ikrah doğurur. Etiraf edim ki, zaman - zaman məni də incidən şeylər olub. Həmişə bir ifaçı olaraq, məni incidən, haqsız şərhlər, təhqirlər almışam. Sözsüz ki, bu kimi xoşagəlməz hallar hər bir sənətçinin yaradıcılığını çətinləşdirir. Amma yalan deməyəcəm. Mina Hüseyn möhkəm qızdır. Mənə qarşı duran hər maneə, əksinə, mənə daha güclü olmaq üçün səbəb verdi bu illər ərzində".

Mina, uğursuz ilk evliliyindən, xəyanətdən də danışıb...

"Bilmirəm, çox xanım necə düşünür amma mənə görə, şəxsi həyat özü də bir sənətdir. Qismətim necə olacaq gələn il, hələ bilmirəm. Amma nə yalan deyim, özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Münasibətlərdə səmimiyyət, hörmət və dəstək mənim üçün daha əsasdır. Bilirsiniz ki, ilk evliliyim uğursuz olub. Gələn il ərə gedəcəmmi? Bilmirəm. Evlilik barədə isə deyə bilərəm ki, ikinci dəfə həyat yoldaşı seçmək çətindir. Kifayət qədər ağıllı seçim olmalıdır. Burada ürək və ağlın balansı düzgün olmalıdır. Tam səmimi deyəcəm. Xəyanət sözlə deyil, əməllə ölçülür. Xəyanət, bir seçimdir. Əgər bir insan öz seçimlərinə görə davranıbsa, bu, sırf qadının səbri ilə ölçülə bilməz. Bağışlamaq da mümkündür, niyə də yox? Ola bilər. Amma bu şərtlərlə ki, hər iki tərəf arasında səmimi peşmançılıq və düzgün dialoq olsun. Məncə, xəyanət etibarın sındırılmasıdır və hər kəsin buna reaksiyası fərqli ola bilər".

Ara-sıra açıq geyimlərinə görə tənqid olunan ulduz sənətçi necə düşünür? Bu qədər tənqid, iradlar haradan qaynaqlanır?

"Məndə ara-sıra açıq geyimlərdən istifadə edirəm. Açığı, tənqid də olunmuşam. Mən səhnə adamıyam. Səhnə görünüşü, sənətin hissini ifadə edir. Başa düşürəm, izləyicilərdə reaksiya doğurması normaldır. Amma gəl ki, bir çox xanımlar gündəlik həyatda bizdən də rahat geyinir, tənqid olunan isə biz oluruq niyəsə. İnsanların tənqidi sadəcə fərqlilikdən qaynaqlanır. Geyim əxlaqı göstərirmi? Yenə də razılaşmıram. Məncə, səmimiyyət, hörmət və peşəkarlıq daha böyük əxlaq göstəriciləridir. Yaxşı tamaşaçı, bunu aydın bilər".

Və heç kimi özünə rəqib görmür!!!

"Düzünü deyəcəm, mən musiqidə duyğuları ön planda tutan sənətçilərə baxıram. Mənə görə, səsin dərinliyi, mesajı olan mahnılar daha əsasdır. Qibtə etdiyim şey öz üslubunu qoruyan və sahəsində orijinallıq təqdim edənlər sənət adamlarıdır. Mənimçün ikon biri yoxdur. İkon elə mənəm! Heç kimə də xüsusi qibtə etmirəm! Mənim üçün ikon öz səsini və ifadəsini itirmədən tamaşaçı ilə həqiqətən əlaqə qura bilən sənətçilərdir".

Mina Hüseyn 2025-ci ilin qatqısını da dilə gətirib:

"Yavaş - yavaş 2025-ci ili geridə qoyuruq. Bu il mənə daha da səbrli olmağı öyrətdi. Bütün sevənlərimə səslənirəm. Səbr və inam hər zəfərin başlanğıcıdır. Hər səhnə, hər mahnı təkrar şans tələb edir. Xüsusi peşmançılığım olmayıb, güclü dərs və təcrübə qazanmışam. Və özümə söz verdim ki, hər uğur və çətinlikdən bəhs edərkən daha səmimi, daha irəli baxan bir məqamı seçəcəm. Çünki sənətimiz səsdən daha çox hiss və dürüstlüklə doludur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri