Icma.az
close
up
RU
Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm Elton Məmmədov

Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm Elton Məmmədov

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AMEA-da 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işi üzrə maraqlı faktların üzə çıxdığı bildirilir. Həmin dövrdə AMEA-nın prezidenti olmuş Ramiz Mehdiyev və akademiyanın İşlər idarəsinin müdiri vəzifəsində çalışmış Elton Məmmədov barəsində cinayət işi açıldığı və istintaq  işlərinin aparıldığı qeyd olunur. Hazırda Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Manset.az məsələ ilə bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovla əlaqə saxlayıb. O, deyilən faktlarla bağlı Manset.az-ın suallarını cavablandırıb.
- Sizin korrupsiya faktları ilə bağlı ittiham olunduğunuz deyilir. 3 milyon manat yeyinti ilə bağlı istintaqa cəlb edildiyiniz bildilir.
- Məni kim ittiham edir? Yalan söhbətdir. Mən bu faktlarla bağlı ifadə verməmişəm, heç bir istintaqa da çağırılmamışam. Bu məlumatlar yalandır. 
- Sizin Ramiz Mehdiyevlə yaxınlığınız hansı səviyyədə olub?
- Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm. Başqa adama xidmət etməmişəm. Mövqeyimi 2021-ci ildə bildirmişəm. 2022-ci ilin yanvar–fevral aylarında danışmışam. Ramiz Mehdiyev işlədiyi dövrdə ona ən sərt fikrimi bildirmişəm. Bu məsələlərə hüquqi qiyməti hüquq-mühafizə orqanları və qərar qəbul edən məhkəmə verəcək. Düşünürəm ki, bu məsələlərə də hüquqi qiymət veriləcək.
- Sizin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı 3 milyon manata yaxın məbləği mənimsədiyiniz, maliyyə pozuntularına yol verdiyiniz, bunu təsdiq edən sənədlər və digər sübutların iş materiallarına əlavə olunduğu bildirilir. Sonradan yeyinti olan məbləğin istintaq müddətində geri qaytarıldığı da qeyd edilir. Bu barədə nə deyə bilərsiniz?
- Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm. Belə bir fakt yoxdur. Bunlar hamısı yalan məlumatdır. Xahiş edirəm, ictimaiyyəti yalnış fikirlərlə çaşbaş salmayın. Mən özüm barədə deyə bilərəm ki, heç bir qanun pozuntusuna yol verməmişəm. AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır. 
- Siz hal-hazırda AMEA-da çalışırsınız? Hansı vəzifədəsiniz?
- Bəli, mən hazırda AMEA-da çalışıram. Sosial xidmətlər şöbəsinin müdiriyəm. Ona görə də hüquqi dövlətdə hər şey qanun çərçivəsində həll olunacaq. Nə qədər sağlam məlumatlar ötürülsə, ictimaiyyət də sağlam məlumatlar alar. 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri