Icma.az
close
up
RU
“Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm“ Elton Məmmədov

“Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm“ Elton Məmmədov

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA-da 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işi üzrə maraqlı faktların üzə çıxdığı bildirilir. Həmin dövrdə AMEA-nın prezidenti olmuş Ramiz Mehdiyev və akademiyanın İşlər idarəsinin müdiri vəzifəsində çalışmış Elton Məmmədov barəsində cinayət işi açıldığı və istintaq  işlərinin aparıldığı qeyd olunur. Hazırda Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Moderator.az xəbər verir ki, Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov deyilən faktlarla bağlı Manset.az-ın suallarını cavablandırıb.

- Sizin korrupsiya faktları ilə bağlı ittiham olunduğunuz deyilir. 3 milyon manat yeyinti ilə bağlı istintaqa cəlb edildiyiniz bildilir.

- Məni kim ittiham edir? Yalan söhbətdir. Mən bu faktlarla bağlı ifadə verməmişəm, heç bir istintaqa da çağırılmamışam. Bu məlumatlar yalandır. 

- Sizin Ramiz Mehdiyevlə yaxınlığınız hansı səviyyədə olub?

- Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm. Başqa adama xidmət etməmişəm. Mövqeyimi 2021-ci ildə bildirmişəm. 2022-ci ilin yanvar–fevral aylarında danışmışam. Ramiz Mehdiyev işlədiyi dövrdə ona ən sərt fikrimi bildirmişəm. Bu məsələlərə hüquqi qiyməti hüquq-mühafizə orqanları və qərar qəbul edən məhkəmə verəcək. Düşünürəm ki, bu məsələlərə də hüquqi qiymət veriləcək.

- Sizin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı 3 milyon manata yaxın məbləği mənimsədiyiniz, maliyyə pozuntularına yol verdiyiniz, bunu təsdiq edən sənədlər və digər sübutların iş materiallarına əlavə olunduğu bildirilir. Sonradan yeyinti olan məbləğin istintaq müddətində geri qaytarıldığı da qeyd edilir. Bu barədə nə deyə bilərsiniz?

- Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm. Belə bir fakt yoxdur. Bunlar hamısı yalan məlumatdır. Xahiş edirəm, ictimaiyyəti yalnış fikirlərlə çaşbaş salmayın. Mən özüm barədə deyə bilərəm ki, heç bir qanun pozuntusuna yol verməmişəm. AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır. 

- Siz hal-hazırda AMEA-da çalışırsınız? Hansı vəzifədəsiniz?

- Bəli, mən hazırda AMEA-da çalışıram. Sosial xidmətlər şöbəsinin müdiriyəm. Ona görə də hüquqi dövlətdə hər şey qanun çərçivəsində həll olunacaq. Nə qədər sağlam məlumatlar ötürülsə, ictimaiyyət də sağlam məlumatlar alar. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri