Mən oynamasam, milli qalib gələcəksə... Kriştianu Ronaldu
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Millətlər Liqasının 1/4 final mərhələsinin Danimarka ilə bu gecə keçiriləcək cavab oyunu ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı hücumçu ilk görüşdə yaxşı oynamadıqlarını deyib:
“Ölkəmizi təmsil etməkdən qürur duyan hər kəsin qalib gəlmək arzusu olmalıdır. Mən 90 dəqiqə ərzində oyunları uduzmuşam, amma heç vaxt ilk görüşdə məğlub olmamışam. Bizi ikinci hissə gözləyir. İlk oyunda nə mən yaxşı oynadım, nə də komanda. Amma bu, həyatın bir hissəsidir. "Joze Alvalade"dən başımı dik tutaraq ayrılmaq istəyirəm.
Qollarımın sayı? İş bunda deyil. Mən oynamasam, milli qalib gələcəksə, buna hazıram. Mən bu komandanın emblemi ücün oynayıram".
Qeyd edək ki, Portuqaliya millisi Danimarkada keçirilən ilk görüşdə 0:1 hesabı ilə uduzub. Cavab matçı bu gecə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Baxış sayı:143
Bu xəbər 23 Mart 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















