Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Mən sənin ehtirasın, bazar günü əyləncən... Marina Svetayevanın şeirləri

Mən sənin ehtirasın, bazar günü əyləncən... Marina Svetayevanın şeirləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Məhəmməd Nurinin tərcüməsində rus şairə Marina Svetayevanın şeirlərini təqdim edir.


Psixeya

Fırıldaqçı deyiləm, evimə gəlmişəm mən,
qulluqçu da deyiləm, gəlməmişəm çörəkçün.
Mən sənin ehtirasın, bazar günü əyləncən,
sənin yeddinci günün, sənin yeddinci göyün.

Orada – yer üzündə qəpik verərək mənə
dəyirman daşlarını asırdılar boynumdan.
Sevdiciyim! Nə əcəb tanış gəlmirəm sənə?
Mən sənin qaranquşun – mən sənin Psixeyan!

aprel 1918

***
Yuxusuz

Bax, yenə bir pəncərə,
yatmırlar gecə-gecə.
Şərab içirlər, ya da
oturublar eləcə.
Ya da ki, iki nəfər
əl-ələ tutuşublar.
Bütün evlərdə, dostum,
belə bir pəncərə var.

Hicran, vüsal naləsi –
ey gecə pəncərəsi!
Bəlkə də, yüz şam yanır,
bəlkə, yanır üçcəsi...
Narahatam, beynimə
yüz qara fikir dolub.
Bax, mənim evimdə də
beləsi peyda olub.

Dua elə, can dostum,
yuxusu qaçan evçün!
Tənha pəncərəsindən
o işıq saçan evçün!

23 dekabr 1916

***
Nə xoş, deyilsiniz xəstə mənimçün
Nə xoş, deyilsiniz xəstə mənimçün,
nə xoş ki, deyiləm mən Sizə xəstə.
Heç zaman sürüşməz ayaqlarımız
dünyanın bu ağır kürəsi üstə.
Nə xoş ki, sərbəstəm, deyib-gülürəm,
sözlərdən oyunlar çıxarmıram mən.
Toxuncaq qolları paltarımızın
təngnəfəs olub qızarmıram mən.

Nə xoşdur, sakitcə, düz yanımdaca
başqa bir qadını qucursuz hər gün.
Nə xoş, demirsiniz odda yanaram
Sizi yox, özgəni öpdüyüm üçün.
Nə xoş, gecə-gündüz, mənim həlimim,
həlim adım gəlmir heç dilinizə...
Kilsə sükutunda, nə xoş ki, heç vaxt
heç kim Haleluya oxumaz bizə!

Ürəkdən təşəkkür Sizə, özünüz
bilmədən də məni sevdiyinizçün!
Təşəkkür gecələr rahatlığımçün,
seyrək görüşlərçün hər batanda gün.
Gəzmədiyimizçün Ay işığında,
olmayan Günəşçün başımız üstə.
Heyif, deyilsiniz xəstə mənimçün,
heyif ki, deyiləm mən Sizə xəstə!

3 may 1915

***
Nənəmə

Uzunsov, sərt oval sifət,
geniş qollu qara geyim...
Gənc nənə, o təkəbbürlü
dodağınızdan öpdü kim?

Sarayın salonlarında
Şopen valsı çalan əllər.
Buz çöhrənin yanlarında
spirala dönən tellər.

Tünd, sərrast, tələbkar baxış
müdafiə üçün hazır.
Gənc nənə, kimsiniz belə?
Gənc qadınlar belə baxmır.

Özünüzlə neçə mümkün,
mümkünsüzü apardınız
yer adlı ac uçuruma?
İyirmi yaşlı polyak qız!

Gün günahsız, yel təzəydi
qara ulduzlar sönən an.
Ay nənə, sizdənmi gəlir
qəlbimdəki bu sərt üsyan?..

4 sentyabr 1914

***
Qısqanclıq cəhdi

Necə gedir həyat başqa qadınla?
Sahil xətti boyu avar çəkərək
çoxmu tez alındı məni unutmaq?
Çoxmu asan gəldi məni tərk etmək?

Mən bir əsrarəngiz, üzən adaydım,
(yerim göylər idi, nəinki dəniz!)
Ey ruhlar! Siz bacı olmalıydınız,
sevgili olmalı deyildiniz siz.

Necə gedir həyat adi qadınla?
Tanrısız qadınla yaşamaq asan?
Necə gedir həyat salandan sonra
şanlı məlikəni uca taxtından?

Necə gedir həyat, çapalayırsız?
Sarılıb yatırsız, durursuz necə?
Ölümsüz şitliyin rüsumunu siz
ay yazıq, necə bəs verirsiz, necə?

Daha öz yolumla gedəcəyəm mən,
bəs edər özümü kəsib-biçdiyim!
Necədir həyat o yoldan ötənlə?
Necədir, ey mənim sevib-seçdiyim?!

Sizə xas, tezbazar o yeməklərdən
bezsəniz, deyinmək yerinə düşməz...
Necə gedir həyat bir surət ilə,
Ey Sina dağını tapdalayan kəs!

Necə gedir həyat o yad qadınla?
Gəlirmi xoşunuz qabırğasından?
Xəcalət qırmancı alnınızdan heç
Zevsin cilovutək tökürmü tər-qan?

Necə gedir həyat? Sağalmısınız?
Alınır? Gəlirmi nəğmələr dilə?
Ay yazıq, bəs necə keçinirsiniz
ölümsüz vicdanın xorası ilə?

Bazar malı ilə necədir həyat?
Yoxsa çox ağırdır vergi şərtləri?
Necədir həyat o gips tozuyla?
(Noldu Karraranın bəyaz mərməri?

Bu mərmər möhkəm və sal qayalardan
yonulmuş büt idi, sındı büsbütün!)
Yüz mininci ilə necədir həyat
Liliti tanımış bir kişi üçün?

Bazar yeniliyi doydurur sizi?
Mənim sehrim gəlir sizinçün bayat?
Maraqlı gəlirmi dünyaya bağlı,
altıncı hissiz o qadınla həyat?

İndi peşmansınız, ya xoşbəxtsiniz?
Yoxsa yorur sizi o dayaz çökək?
Necədir, istəklim, həyat, ağırmı
mənə başqasıyla ağır olantək?

19 noyabr 1924

Alim Qasımovun məcnunluğu, Fərqanə Qasımovanın divanəliyi - "Şəbi-Hicran"dan REPORTAJ "Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı "Netflix"in rekord qıran animasiyası "Oskar"a namizəddir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Noyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri