Icma.az
close
up
RU
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!”

“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İndi təqaüdə çıxanların yığdığı kapitala baxın. Sən hansı işçidən soruşsan ki, təqaüd yaşın azalsın? Deyəcək ki, azaltmayın, məni təqaüdə çıxartmayın. İnsanlar təqaüdə həvəssiz gedirlər. Çünki maaşları azdır və pensiya kapitalı lazımi qədər deyil”.

Bu sözləri "Yeni Sabah"a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O vurğulayıb ki, təqaüdə çıxan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır: pizza sifarişi

“Qərb ölkələrində insanlar pensiyaya çıxandan sonra rahat yaşayırlar. Mən hansı ölkəyə gedirəmsə, oradakı sosial problemlərlə maraqlanıram. Həmişə görürəm ki, məsələn, Avropada insanlar məmnuniyyətlə pensiyaya çıxırlar.

Azərbaycan qanunvericiliyinə əsasən, büdcədən maliyyələşən işçilər təqaüd yaşına çatan kimi işdən azad olunur. Amma onların pensiyası nə qədərdir? Mən şəxsən 2006-cı ildən pensiyaya çıxmışam və bun qədər həmişə yüksək vəzifələrdə çalışmışam. Lakin pensiyaya çıxanda mənə 250 manat pul verdilər.

İlk öncə elə bir şərait yaradılmalıdır ki, qadın, yaxud kişi fərq etmir, yığdığı kapital normal olsun. Hamı pensiya yaşından danışır. Tutaq ki, qadınların pensiya yaşını 55 etdilər. Həmin qadın təqaüdlə necə yaşasın? Qızına, oğluna möhtac olsun?!

Hüquq müdafiəşisi olarq cəhd edirik ki, təqaüdçülərlə bağı bu istiqamətdə qanun qəbul edilsin. Məsələyə mütləq sosial rifah yönündən baxılmalıdır. Dövlət qurumlarının bir çoxunda təqaüdə bir neçə il qalmış əməkdaşı işdən çıxarırlar.

Yaxud ağır işlərdə çalışanlar nə qədər əməkhaqqı alır ki?! Onun yığdığı kapitaldan nə çıxacaq? Yenə dilənçi vəziyyətində yaşayacaqlar. Hörmətli deputatlar heç bunu fikirləşmir. Azərbaycanad yaş davası yox, təqaüdə çıxanların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Təqaüdçülərə müxtəlif imtiyazlar verilməlidir. Mən təqaüdçüyəm, yaşamaq istəyirəm. Normal yaşamaq istəyirəm”.

Keçmiş deputat Vahid Əhmədov isə vurğulayıb ki, son illər bir çox insan ümumiyyətlə pensiya yaşına çatmadan vəfat edir:

“Bu Milli Məclisdə illərlə müzakirə olunan məsələlərdən biridir. Pensiya yaşı mövzusu hər zaman parlamentdə müzakirə edilib. İstər hökumətin hesabatı olanda, istərsə də DSMF-nin hesabatı olanda bu məsələyə toxunulub. Hökumət bunu belə əlaqələndirir ki, Azərbaycanda yaşama müddəti uzun olduğu üçün pensiya yaşı da yüksək olmalıdır. Onlar faktiki olaraq pensiyadan sonrakı həyat müddətini 12 il qəbul edirlər. Amma son vaxtlar orta ömür həddi kifayət qədər aşağıdır. Bir çox insan heç pensiya almamış dünyasını dəyişir.

Mən dəfələrlə yaş həddinə baxılması ilə bağlı təkliflər olub. Digər millət vəkilləri tərəfindən bu kimi təkliflər indi də səsləndirilir. Yaş həddi qadınlar üçün də, kişilər üçün də yüksəkdir. O vaxt təklif etmişdik ki, kişilər üçün 63, qadınlar üçün isə 60 yaş saxlanılsın. Amma təəssüf ki, bu baş tutmadı.

Bir çox ölkələrdə qadınlar üçün pensiya yaşı hətta 60-dan da aşağıdır. Bu problem üzərində mütəmadi işləməyə ehtiyac var. Məncə, dünyada gedən proseslər və yüksək qiymət artımları Azərbaycana təsir edir. Bu baxımdan, pensiya ilə bağlı yaş həddi məsələsini gündəmdə saxlamağa ehtiyac var”.

Hazırkı qanunvericiliyə görə, qadınların pensiya yaşı 2027-ci ilin iyul ayınadək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılacaq və bu yaş həddi son hədd kimi müəyyən ediləcək.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri