Icma.az
close
up
RU
“Mənasız” qurumun acı sonluğu

“Mənasız” qurumun acı sonluğu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşğalın ömrünü uzadan riyakar siyasət heçliyə gömüldü

Beynəlxalq münasibətlər sistemində hər dövrün özünəməxsus institutları, mexanizmləri və vasitəçilik formatları mövcud olur. Münaqişələrin həlli üçün yaradılan bu strukturlar müəyyən rol oynasa da, tarixin dəyişən şərtləri onları funksiyasız hala gətirir. Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıqlar da məhz belə bir prosesi gündəmə gətirib. zun müddət bölgənin siyasi gündəmində yer alan, lakin “siyasi dekorasiya”dan kənara çıxa bilməyən ATƏT-in Minsk qrupunun da tarixə qovuşması qaçılmaz zərurətə çevrildi. 

Ötən gün ATƏT Nazirlər Şurası tərəfindən qurumun Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏTin Fəaliyyətdə olan Sədrinin, ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib. 

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 2025-ci il dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan olunub. 

1992-ci ildən bəri fəaliyyət göstərən Minsk qrupu və onun institutları (Fəaliyyətdə olan Sədrin şəxsi nümayəndəsi, Yüksək Səviyyəli Planlaşdırma Qrupu və s.) faktiki olaraq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir nəticə ortaya qoya bilmədi. Əksinə, illər boyu status-kvonu qorudu, Ermənistanın işğal siyasətini ört-basdır etdi və prosesin uzanmasına xidmət göstərdi. Bu baxımdan, ATƏT çərçivəsində vaxtilə qəbul olunmuş bütün sənədlərin qüvvədən düşməsi bu gün Azərbaycanın mövqeyini möhkəmləndirir və Ermənistanın illərlə beynəlxalq təşkilatlarda yaratdığı “işğal faktını gizlədən saxta arqumentlər”i tamamilə sıradan çıxarır. Bu, həm də Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələsində artıq heç bir alternativ müzakirə platformasının qalmadığına işarədir. 

Qərarın əsası Vaşinqton görüşündə qoyulmuşdu. Burada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT rəhbərliyinə birgə müraciəti tərəflərin münaqişəni beynəlxalq gündəlikdən çıxarmaq iradəsini göstərdi. Bu, müqavilə öncəsi yol xəritəsinin mühüm bəndlərindən biridir. Minsk qrupunun illərlə “həmsədr dövlətlər” adlanan ABŞ, Fransa və Rusiyanın əlində geosiyasi alətə sözlə, beynəlxalq güclərin “dondurulmuş münaqişə” alətindən istifadə imkanları rəsmən bağlanır. 

Bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün əsaslardan biri olacaq. Yaradılan yeni nəqliyyat-logistika xətləri, enerji əməkdaşlığı, regional təhlükəsizlik mexanizmləri Minsk proçevrilməsi hamıya məlum idi. İndi bu institutların ləğvi Qərbin rəsmi Bakının təklif etdiyi sülh gündəliyini qəbul etməsi anlamına gəlir. Bu, həm də Fransanın “Qarabağ kartı”ndan tamamilə məhrum olması, Rusiyanın isə prosesdən formal şəkildə kənarlaşdırılması və bütün kənar pozucu bleflərin blok edilməsidir. Başqa sesinin quru kağızdan ibarət sxemlərindən qat-qat real və dayanıqlı perspektiv vəd edir. Qərarın dekabrın 1-dək texniki baxımdan tam icrası isə postmünaqişə dövrünün rəsmi yekunu kimi tarixə düşəcək. Azərbaycan diplomatiyası son illərdə “postmünaqişə reallıqları” terminini bütün beynəlxalq platformalarda ardıcıl şəkildə qabardaraq bu qərarın qəbulunu hazırladı. 

ATƏT-in bu addımı Azərbaycanın təkbaşına yaratdığı reallığın təkcə Avropada deyil, bütün dünyada qəbul olunduğunu təsdiqləyir. Bu, həm də Azərbaycanın gələcəkdə regional sülh təşəbbüslərinin aparıcı müəllifi olacağını göstərir. ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması Azərbaycanın qazandığı Zəfərin diplomatik və hüquqi müstəvidə tam təsdiqi kimi qiymətləndirilməlidir. Qərar həm Ermənistanın illərlə arxasında gizləndiyi beynəlxalq platformaları sıradan çıxarır, həm də regionda yeni sülh arxitekturasının əsas müəllifinin Azərbaycan olduğunu təsdiqləyir. 

Cənab Prezident İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən diplomatik strategiyası sayəsində Azərbaycan artıq yalnız Cənubi Qafqazın aparıcı aktoru deyil, həm də qlobal səviyyədə etibarlı və fəal tərəfdaş kimi tanınır. Ölkəmiz bundan sonra da beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi ilə regionda sülh və sabitliyin qorunmasını təmin edəcək, diplomatik təşəbbüslərini daha da gücləndirəcək. Bu qərar bir daha göstərdi ki, rəsmi Bakı bölgədə yeni reallıqlar yaradır və geosiyasi balans Azərbaycanın xeyrinə dəyişir.

Tacir SADIQOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri