Icma.az
close
up
RU
Kimisə günahsız yerə ittiham edənləri nə gözləyir?

Kimisə günahsız yerə ittiham edənləri nə gözləyir?

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir şəxsin hüquq-mühafizə orqanlarına bilə-bilə yalan məlumat verməklə digər şəxsi cinayət törətməkdə ittiham etməsi qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

BAKU.WS xəbər verir ki, bu barədə e-huquq.az-a Ali Məhkəmədən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bilə-bilə yalan məlumat verməyə görə məsuliyyət müəyyən edilib.

Belə hallarda əsassız ittiham irəli sürülən şəxsin şərəf və ləyaqəti, işgüzar nüfuzu zədələnə bilər ki, bu da mənəvi zərərin yaranmasına əsas verir. Nəticədə təqsirkar şəxs mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı da məsuliyyət daşıya bilər.

Vurğulanıb ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi və ya bərpası məqsədilə digər bir şəxsin cinayət törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciət etməsi, əgər həmin müraciət vicdanlı niyyətlə və qərəzsiz şəkildə edilmişdirsə, hüquqi məsuliyyət yaratmır: "Məsələn, şəxs hüquq-mühafizə orqanına müraciət edərək evindən oğurluq edildiyini və müəyyən bir şəxsdən şübhələndiyini bildirə bilər. Əgər həmin şübhə real hallara əsaslanır və müraciət edən şəxs bunu qərəzli məqsədlə etmirsə, sonradan həmin şəxsin cinayət törətmədiyi müəyyən edilsə belə, müraciət edən şəxsin məsuliyyəti yaranmır. Çünki o, həqiqətən mövcud şübhələrinə əsaslanaraq səlahiyyətli orqana müraciət etmişdir. Bu kimi halların qiymətləndirilməsi bütün sübutların məcmusu əsasında həyata keçirilir".

Eyni zamanda qeyd olunub ki, bu cür müraciətlər səlahiyyətli hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır:

"Əgər şəxs cinayət faktı ilə bağlı məlumatı belə məsələlərin araşdırılması səlahiyyətinə malik olmayan orqana və ya təşkilata təqdim edirsə, bu zaman həmin müraciət şikayət olunan şəxsin nüfuzuna xələl gətirə bilər. Buna görə də müraciətin məzmunu və ünvanlandığı orqanın səlahiyyətləri arasında uyğunluq olmalıdır".

Həmçinin bildirib ki, vətəndaşın vəzifəli şəxsin xidməti fəaliyyətində yol verdiyi pozuntular və ya vəzifə səlahiyyətlərini lazımi qaydada icra etməməsi barədə şikayət verməsi onun qanuni hüququdur. Lakin belə müraciətlərdə vəzifəli şəxsin şəxsi həyatı ilə bağlı, araşdırılan məsələyə aidiyyəti olmayan ittiham və ya məlumatların qeyd edilməsi həmin şəxsin şərəf və ləyaqətinin pozulmasına səbəb ola bilər və bu da hüquqi məsuliyyət yarada bilər. Eyni zamanda, vəzifəli şəxsi nüfuzdan salmaq məqsədi daşıyan, aşkar şəkildə qərəzli və əsassız şikayətlərin verilməsi də qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 İyun 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri