Icma.az
close
up
RU
Məncə, Macarıstan millisi Azərbaycanla matçda qələbə qazanacaq Müsahibə

Məncə, Macarıstan millisi Azərbaycanla matçda qələbə qazanacaq Müsahibə

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan çempionatlari tarixində çixiş etmiş yeganə macarıstanlı futbolçu Mark Tamaşdır. 31 yaşlı müdafiəçi 2023-cü ilin yayindan bu ilin əvvəlinə qədər ölkəmizdə “Neftçi”nin formasini geyinib. Hazırda Rumıniyanin “Sepsi” klubunda çıxış edən Tamaş 2021-ci ildə Macarıstan yığmasının heyətində 1 oyun keçirib.

QOL.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə müsahibəsində təcrübəli futbolçu Azərbaycan və Macarıstan milliləri arasinda keçiriləcək yoldaşlıq görüşü barədə fikirlərini bildirib.

- İyunun 10-da Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Həmin görüşdən nə gözləyirsiniz?

- Məncə, Macarıstan yığması bu matçda qələbə qazanacaq. Ancaq düşünürəm ki, bu, heç də asan olmayacaq. Yenə də seçmə mərhələyə yaxşı hazırlaşmaq baxımından Macarıstan millisi bu görüşdə qələbə qazanmalıdır.

- Komandanız DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi ilə oyun Macarıstan yığmasına nə qazandıra bilər?

- Unutmayaq ki, bu, yoldaşlıq oyunudur. Baş məşqçi məhz belə qarşılaşmalarda nəyin yolunda getdiyini, nəyin düzgün edilmədiyini görə bilər. Çünki məşqçilər yoldaşlıq görüşlərində müxtəlif taktikanı, eləcə də, yeni oyunçuları sınaya bilirlər. Azərbaycanla oyun da qarşıdakı rəsmi matçlar öncəsi bəzi məqamları yoxlamaq baxımından yaxşı fürsətdir.

- Ölkəmizdə çıxış etdiyiniz üçün Azərbaycan millisinin əksər futbolçularını tanıyırsınız. Sizcə, Azərbaycan millisinin güclü və zəif tərəfləri nələrdir?

- Millinizin əksər oyunçuları daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandada oynayırlar. Belədə futbolçular bir-birilərini daha yaxşı tanıyırlar. Bu da Azərbaycan millisinin əsas üstünlüyüdür.

- Macarıstanlı futbolçular millimizin heyətində ən çox kimdən çəkinməlidir?

- Millinizə çağırılsalar, Emin Mahmudov və Mahir Emrelidən. Eminlə “Neftçi”də komanda yoldaşı olmuşam. Mahiri isə Polşadan tanıyıram. Mən 2020-2022-ci illərdə orada “Slask” klubunda çıxış edirdim. Mahir də həmin vaxt qısa müddət “Legiya”nın formasını geyinmişdi. Hər ikisi olduqca keyfiyyətli futbolçudur.

- Bəs Macarıstan millisinin ən böyük üstünlüyü nədir və əsas “silah”ı hansı oyunçulardır?

- Macarıstan yığması çox güclü kollektivdən formalaşıb. Əsas “silah”ları baş məşqçinin illərdir qurduğu komanda ruhudur. Əksər futbolçular TOP-5 liqalarda çıxış edirlər. Həmçinin Dominik Soboslay kimi kapitanımız var.

- 33 illik Azərbaycan çempionatında çıxış etmiş yeganə macar futbolçusunuz. Bunu bilirdiniz?

- “Neftçi”də oynamağa başlayanda bu haqda eşitmişdim. Bu statistika mənə çox maraqlı gəldi. Azərbaycan çempionatının yeganə macar futbolçusu olmaq qürurverici, sevindirici məqamdır.

- Polşa, Rumıniya və Azərbaycanda legioner həyatı yaşamısınız. Bu ölkələri necə müqayisə edə bilərsiniz? Azərbaycanda keçirdiyiniz il yarımlıq vaxtı necə xatırlayırsınız?

- Futbolçu üçün Polşa ən yüksək səviyyədir. Xüsusən də, azarkeşlərə və liqanın yüksək rəqabətli olmasına görə. Azərbaycandakı ilk ilim yaxşı keçdi. Son tura qədər ikinci yer uğrunda mübarizə apardıq. Amma son yarım il fəlakət idi. Düzünü desəm, “Neftçi” daha yaxşısına layiqdir.

- Bakı sizdə necə təəssürat yaratdı?

- Bakı möhtəşəm şəhərdir. Vaxtımız olanda hələ də dostlarımızı görmək üçün ora gəlirik. Ailəm də bir neçə həftə əvvəl Bakıda idi.

- Azərbaycandan yeni təklif alsanız, cavabınız necə olar?

- Bunu dəqiq bilmirəm. Çox məqamlar var. Amma şübhəsiz ki, bu barədə müsbət düşünürəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2017

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see167

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see143

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see126

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri