Icma.az
close
up
RU
Məncə, Qarabağ Çempionlar Liqasının əsas mərhələsinə qədər irəliləyə biləcək MÜSAHİBƏ

Məncə, Qarabağ Çempionlar Liqasının əsas mərhələsinə qədər irəliləyə biləcək MÜSAHİBƏ

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov Sportal.az saytına müsahibə verib.

- “Qarabağ” artıq iki yeni transferi reallaşdırıb: Dani Bolt və Pedro Bikalyo. Bu iki oyunçu haqda məlumatlısız?

Düzü, bu futbolçuların karyeraları ilə maraqlanmağa vaxtım olmayıb. Çünki PRO lisenziyası ilə bağlı Slovakiyada idim. Orada U-21 yığmalarının Avropa çempionatı keçiririldi. Məhz buna görə də, "Qarabağ"ın yeni transferləri haqda məlumatım yoxdur. Amma onu bilirəm ki, "Qarabağ"a tez-tez yaxşı oyunçular gətirir. 

- Necə düşünürsən, daha çox Portuqaliya karyerası olan bu iki futbolçu "Qarabağ"da uğurlu ola bilər?Adətən Portuqaliyadan edilən transferlər uğurlu alınır deyə, bu futbolçuların da keçidinə pozitiv yanaşmaq olar?

Orada rəqabət o qədər böyük olur ki, bu səviyyədə olan oyunçular Portuqaliyada özlərinə yer tapa bimirlər. Azərbaycana gələrək, yaxşı performans göstərirlər. Portuqaliyaya Braziliyadan o qədər oyunçu gəlir ki, yerli bazarda rəqabət güclü olur, oyunçular çoxdur. Portuqaliya liqasından transferlərdə tez-tez yaxşı futbolçulara rast gəlirik. Digər tərəfdən də, bu oyunçulara baxan Bəxtiyar Musayevi tanıdığıma görə, belə deyirəm. Ən azından onun gözü futbol və oyunçuları tanımaq baxımından çox yaxşıdır. Məhz onun "Qarabağ"ın seleksiya qrupunda yer alan şəxs olduğu üçün düşünürəm ki, yaxşı oyunçular seçiblər. Hələ ki, yeni transferlərin də keyfiyyətinə şübhə etmirəm. Amma hər halda, oynadıqdan sonra görmək olacaq. Ümid edirik ki, yaxşı futbolçular çıxsın.

- Necə düşünürsüz, "Qarabağ"ın gücləndirəcəyi mövqelər çoxdur? Daha çox hansı mövqelərə ehtiyac var?

Bu suala cavab verməkdən ötrü "Qarabağ"ın hədəflərini bilmək lazımdır. Hədəflər yüksəkdirsə, əlbəttə ki, çox transfer etmək lazımdır. Yüksək hədəflər uğrunda mübarizə aparırsansa, oralara gedib çatmaq üçün daha keyfiyyətli oyunçulara ehtiyac edilir. Zənn edirəm ki, hədəf Çempionlar Liqasının əsas mərhələsinə qədər gedib çıxmaqdır. Orada isə Avropa Liqasındakı son mövsümdə necə çıxış etmişdilər, o cür olmasını istəməyəcəklər. Ən azından özlərinə bab rəqiblərlər də çıxacaq. Çempionlar Liqasında çoxu top səviyyəsindədir, amma bəzi komandalarla oynamaq olar. Həmin komandalara da qalib gəlmək istəyəcəklər. Hədəf budursa, bir mərkəz müdafiəçisinə ehtiyac var. Cinahlarda oyunçular görürük, orta xətti də doldurdular. Hücumçu transferi də lazımdır. Üstəlik, pleymeker mövqeyində oynayan futbolçu transferi də pis olmazdı. Düzdür, "Qarabağ"da hər zaman oyunu cinahlar aparır. Amma ortada da oyunu aparan oyunçuya ehtiyac duyula bilər. Bəlkə də bu iki transferlə ÇL-in əsas mərhələsinə düşməsinə bəs edə bilər. Amma orada çıxış etməkdən ötrü daha güclü heyət toparlanmalıdır.

- “Qarabağ”ın yollarını ayırdığı futbolçulardan daha çox kimin gedişi komanda üçün itki sayıla bilər? Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli artıq komandada deyil....

Burada adını çəkmədiyiniz Julio Romaonu qeyd edərdim. Dayaq yarımmüdafiəsi mövqeyində "Qarabağ"ın çətin oyunlarında, rəqibin hücumlarının qarşılanmasında böyük rol oynayırdı. Onun fiziki durumu, ikili mübarizələrdə qalib gəlməsi çox yaxşı idi. Romaonun gedişi "Qarabağ"ın oyununa hardasa təsir edib. Təbii ki, müdafiə planı baxımından belədir. Hücumların təşkilində o qədər də böyük rol oynamırdısa da, amma müdafiə baxımından yaxşı performans göstərirdi. Yassin Benzianın özünəməxsus oyunu var idi, müxtəlif mövqelərdə oynamağı bacarırdı. Hərtərəfli oyunçu olduğuna görə, bəlkə də onun oyununa ehtiyac duyulacaq. Amma bunlar hamısı nisbidir. Bəlkə də, onun yerinə gələn və ya gələcək futbolçu Benziadan daha effektli olacaq. Marko Veşoviçə gəldikdə, yeni vaxtlarında cinahda çox yaxşı idi, iti oynamağı bacarırdı. Amma bəlkə də Elvin Cəfərquliyev və Toral Bayramovun bunun əvəzini verə bildilər. İsmayıl İbrahimli isə bu sezonu "Zirə"də keçirdi. Patrik Andrade...O, yeri doldurula biləcək mövqedə idi. Benzia və Romaonun gedişi "Qarabağ"a təsir edə bilər. Amma dediyim kimi, hamısı nisbidir.  

- Ümumiyyətlə, son mövsümdə Avropa Liqasında gözlənildiyi kimi çıxış etməyən "Qarabağ"ın 2025/2026 mövsümündə Çempionlar Liqasında uğur olacağını, əsas mərhələyə qədər irəliləyə biləcəyinə inanırsınız?

O mərhələyə qədər çox da böyük çətinlik görməyəcəklər. Bu sözdən o qədər də xoşları gəlmir. Doğrudur, ÇL-də heç bir rəqib asan deyil. Potensiaı müqayisə edəsi olsaq, "Qarabağ" 2-ci mərhələdə ya İrlandiya, ya da Şimali İrlandiya klubu ilə qarşılaşacaq. Onsuzda, bu rəqibləri keçə bilməsək, o hədəfləri əbəs yerə qarşımıza qoymuş olarıq. Təkrar edirəm ki, burada rəqibləri kiçiltmək niyyətində deyiləm. Sadəcə, 2-ci mərhələdə Yunanıstan, Xorvatiya, Polşa təmsilçisi düşsəydi, nisbətən çətinlik olardı. Amma "Qarabağ" ikinci təsnifat mərhələsindəki rəqibini keçmək məcburiyyətində və iqtidarındadır. Çətinlik bəlkə də pley-off mərhələsində olacaq. Hansı komanda düşsə, çətin olsa da, "Qarabağ" o rəqibi keçə bilər. Fikrimcə, təmsilçimiz Çempionlar Liqasının əsas mərhələsinə düşə biləcək. Çünki yol da çox uzun deyil. Bunu bacarlar. Amma "Qarabağ" orada necə çıxış edəcək, deyə bilmərəm. Yeni formatı nəzərə alsaq, çox sayda top səviyyəli komandalarla oynamalı olacaqlar. Orada qalib gəlməkləri....Bəlkə də, kimlərisə məğlub edə bilərlər. Püşkatmadan sonra danışmaq daha rahat olar. Məncə, "Qarabağ" yeni sezon üçün Çempionlar Liqasının əsas mərhələsinə qədər irəliləyə biləcək.   
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri