Icma.az
close
up
RU
MƏNDƏN BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ YAZDIRIR Sabiq icra başçısı elə iddia irəli sürdü ki...

MƏNDƏN BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ YAZDIRIR Sabiq icra başçısı elə iddia irəli sürdü ki...

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Son günlər Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevlə bağlı bir sıra saytlarda və sosial şəbəkələrdə qalmaqallı müzakirələr aparılır. Aparılan müzakirələrdə keçmiş başçısının guya qeyri-qanuni yaşadığı bir xanıma daş karxanası bağışladığı qeyd edilir.

Mia.az xəbər verir ki, manşet.az saytı günlərdir müzakirə olunan bu qalmaqallı məsələ ilə bağlı İbrahim Mehdiyevlə əlaqə saxlayıb.

O, açıqlamasında məlumatların yalan, tamamilə uydurma olduğunu bildirir:

"Bu məsələlərin mənə aidiyyəti yoxdur. Bu sözləri deyən adamlardan soruşun ki, məni tanıyırlar, ya yox. Mən, ümumiyyətlə, o qadını tanımıram. Ola bilər ki, məni istəməyən adamlar qəsdən belə müzakirələr yaradıblar. Əslində mən bilirəm, bu yalanlar haradan qaynaqlanır. Bunu məni sevməyən məşhur icra başçılarından biri yazdırır. Mən qeyd edim ki, mən Vətənə layəqətlə xidmət etmişəm. Yasamalda icra başçısı kimi işlədiyim dövrlərdə 4 park saldırmışam. Sakinlərə qayğı ilə yanaşmışam, onlara həmişə mənim qapım açıq olub və mən bütün vətəndaşları həmişə təxirə salınmadan qəbul etmişəm.

Mənim dövrümdə Yasamalda böyük söküntü işləri aparılıb, "Sovetski"-ni mən sökmüşəm. Mən orada sakinlərin hamısı ilə bir-bir danışmışam. Elələri var idi ki, onların yaxınları türmədə idi, hətta mən onlarla əlaqə yaradıb razılıq almışam. Əlimdən nə gəlirsə dövlətim və millətim üçün etmişəm, vicdanla və layəqətlə işləmişəm. İndi mənim haqqımda belə ifadələrin söylənməsinə təəssüf edirəm. Görünən odur ki, mən kimlərinsə barmağını möhkəm basmışam, ona görə də mənim haqqımda belə ifadələr yazırlar. "

"Deyirlər ki, sizin Bakı şəhərində 30-dan çox eviniz var?", - sualına isə sabiq icra başçısı belə cavab verib: "Bu, yalandır. Mənim Xətai metrosunun arxasında bir evim var və bir də bağım var."

Qeyd edək ki, İbrahim Mehdiyev 2006-2017-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. O, 2017-ci ildə "Sovetski" adlanan ərazidə yerləşən "Haci Cavad" məscidini sökülməsinə görə işdən çıxarılmışdı.

Bu günlərdə isə onun gizli eşq yaşadığı bir qadın akaryer bağışladığı, lakin aralarında sonradan yaranan problem üzündən qadının qardaşını həbs etdirməsi barədə xəbərlər tirajlanıb.

Mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Yanvar 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri