Icma.az
close
up
RU
“KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI? 30 ildir başçı postunu tutan şəxslər var (SİYAHI)

“KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI? 30 ildir başçı postunu tutan şəxslər var (SİYAHI)

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Balakənin icra başçısı İslam Rzayevin saxlanılmasından sonra Azərbaycanın şəhər və rayon rəhbərliklərindəki “köhnə” icra başçılarının siyahısı bir qədər də seyrəldi. 5-6 il əvvəl bu “seyrəltmə işləri” intensiv xarakter alsa da, son illər bir qədər zəifləmişdi…

Buna baxmayaraq, 20 ilə yaxındır icra başçısı vəzifəsi daşıyan şəxslərin sayı hələ də kifayət qədər çoxdur. Onların arasında hətta 30 ildir müxtəlif rayonlara başçılıq edənlər də var.

“AzPolitika” hələ də vəzifədə olan “qocaman” icra başçılarının siyahısını təqdim edir: 

Taleh Qaraşov –2012-ci ildən Lənkəranın icra başçısıdır. Ümumilikdə Qaraşovun başçı karyerası olduqca zəngin və uzunmüddətlidir. O, 2002-ci ildən başlayaraq, Kürdəmir, Cəlilabad, Neftçala və Astara rayonlarının icra başçısı olub. Yəni, üst-üstə 23 ildir icra başçısı işləyir.

Şəkinin icra başçısı Elxan Usubov. 2011-ci ildən Şəkiyə başçılıq edir. Bundan əvvəl 2007-2011-ci illərdə Ağstafanın başçısı olub.

Zakir Fərəcov. 2015-ci ildən Sumqayıtın başçısıdır. Buna qədər 10 il Abşeronun icra başçısı olub.

Şirvanın icra başçısı İlqar Abbasov. 2004-cü ildən 2005-ci ilə qədər Nərimanov, 2005-2019-cu illərdə isə Suraxanı icra başçısı olub. 2019-cu ildən Şirvanın başçısıdır.

Süleyman Mikayılov 2010-cu ildən Qaradağın icra başçısıdır. Bundan əvvəl 5 il Yardımlı və Lənkəranda başçı olub.

Sabunçunun icra başçısı Adil Vəliyev 2012-ci ildən bu vəzifədədir.

Füzulinin icra başçısı Alı Alıyev 2011-ci ildən bəri rayonun başçısıdır.

Xızının icra başçısı Xəzər Aslanov 2012-ci ildən rayona rəhbərlik edir. Bundan əvvəl 6 il Yardımlının icra başçısı olub.

Qobustanın icra başçısı Adil Məmmədov 2011-ci ildən rayona rəhbərlik edir. O, hələ 1994-cü ildən 2002-ci ilə qədər Oğuzun, sonrakı illərdə isə Qəbələ və Biləsuvarın başçısı olub.

Siyəzənin icra başçısı Novruz Novruzov da 1990-cı illərdən qalan başçılardandır. O, 1995-ci ildən başlayaraq, Lerik, Goranboy və Şabranda başçı olub. 2019-cu ildən Siyəzənə başçılıq edir.

Bayram Səfərov 2009-cu ildən Şuşanın icra başçısıdır.

Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatalanın icra başçısı vəzifəsini daşıyır. Bundan əvvəl 2 il Qaxın başçısı olub. 

Mərdan Camalov 2005-ci ildən icra başçısdır. 14 il Şirvana başçılıq edən Camalov 2019-cu ildən Zərdaba rəhbərlik edir.

Bu qeyd etdiklərimiz “qocaman başçıların” tam siyahısı deyil, buraya 20 ilə yaxındır başçı vəzifəsini daşıyan Əziz Əzizovu, Vidadi İsayevi, Şahmar Usubovu, Qəzənfər Ağayevi və digərlərini də aid etmək olar.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda icra hakimiyyəti idarəçilik institutunun özünü doğrultmadığı, korrupsiya və rüşvət üçün yol açdığı və bu idarəçilik sisteminin dəyişdirilməli olduğuna dair müxtəlif səviyyələrdə, siyasi dairələrdə, o cümlədən parlamentdə məsələ qaldırılır. Lakin hələlik bu məsələ tam həllini tapmayıb. Yalnız yaxın zamanlarda bu sahədə köklü dəyişikiyin gözlənildiyinə dair iddialardan başqa ortada heç nə yoxdur…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri