Icma.az
close
up
RU
Mənə dedi ki, sən cinsən, məni öldürmək istəyirsən Məhkəmə

Mənə dedi ki, sən cinsən, məni öldürmək istəyirsən Məhkəmə

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Emil Ağacanovun hüquqlarını müdafiə edən vəkil məhkəmənin mediaya qapalı keçirilməsi barədə vəsatət verib. Vəkil vəsatəti onunla əsaslandırıb ki, Ağacanov nüfuzlu iş adamıdır, mediada çıxan xəbərlər onun şərəf və ləyaqətinə xələl gətirir, həmçinin ailəsinə mənfi təsir göstərir.

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatəti əsassız hesab edərək təmin olunmadığını bildirib. Məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid H.E. Emil Ağacanovun onun həyat yoldaşının qardaşı olduğunu bildirib:

“2024-cü ilin iyul ayından Emil özünü normal aparmırdı. Elə hey ona vəyh gəldiyini, Mehdi Sahibi Zaman olduğunu deyirdi. Mərhum İradə xanım onun qayğısına qalırdı, həkimlərə aparırdı. Emilin dinlə, namazla bağlantısı olmayıb. Mən işdə olanda yoldaşım zəng elədi ki, Emil əlini kəsib, mamanı da qucaqlayıb çığırır ki, tez dua elə. Tez evə qaçdım. Emilin gözləri qıpqırmızı olmuşdu. Məni görən kimi kəllə atdı ki, “Sən cinsən, məni öldürmək istəyirsən”.  Təcili yardıma zəng edəndə, dedilər ki, bu Maştağalıqdır. Başımızın bu qarışıq vaxtı bir də gördüm Emil əynində alt paltarı qəfil həyətə çıxıb hasarın o biri üzünə tullandı. Sonradan bildik ki, o, Zabratdakı bir məsciddə gizlənib, qadınlar olan tərəfdə. Tez ora getdik. Bizi görən kimi alt paltarında qaçmağa başladı. Qaçıb Emili tutdum, elə bu vaxt polislər gəldi. Onu Sabunçu xəstəxanasına apardılar. İradə xanım da yanında idi. Ürəyimiz gəlmirdi Emili birbaşa dəlixanaya aparmağa. Xəstəxanadan həkim tapdıq, 2 ay müalicə aldı.

Dərmanlarını ancaq ya kafelərdə, ya da İradənin yanında içirdi. Hadisə baş verən gün Eminə yazırdım, cavab vermirdi. Qorxduq ki, birdən nə isə başına iş gələr, odur ki, İlhamla tez qaçdıq həmin evə. İçəri girdik ki, dua səsi gəlir. Balkona qaçdım, İlham hamamın qapısını itələyib açanda gördük ki, Emil paltarsız halda İradəni qucaqlayıb ayətül-kürsü duasını oxuyur. Anar Emili tutub tez qırağa çəkdi, möhkəm yapışdı ki, qaçmasın. İradə xanım gömgöy göyərmişdi. Mən ona cəld süni nəfəs, İlham da ürək masajı etməyə başladıq. Sonra təcili yardıma zəng etdik, “102”yə  məlumat verdik”.

Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün məhkəmə iclasını 12 fevral saat 16:30-a təyin edib.

İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Məlum olub ki, uzun müddət sevgi münasibətində olduğu İradənın evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.

Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınıb və o, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.

Onu da qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

Emil Ağacanov barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Fevral 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri