Icma.az
close
up
RU
Mənə dedi ki, sinaqoqdan sonra başqa yerləri də partladacağam MƏHKƏMƏ

Mənə dedi ki, sinaqoqdan sonra başqa yerləri də partladacağam MƏHKƏMƏ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid M.A. ifadə verib:

"Mən 2024-cü ilin noyabr ayında "Instagram" sosial şəbəkəsi vasitəsilə Abdulla ilə tanış oldum, daha sonra onunla mütəmadi yazışmağa başladıq. O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada tanışının olduğunu da dedi. Bir həftə sonra mənə qrupun linkini göndərdi. Daxil oldum. Oxudum. Sonra başqa gizli qrupun linkini göndərdi. Üzv olmağımı istədi.

Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və bunun üçün məndən balta, bıçaq, "Molotov kokteyli", əlcək istədi. O mənə dedi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də partladacaq. Dedi ki, mən öləndən sonra işimi davam etdir. Mənə məkan göndərdi. Getdim. Maşına mindi və biz sinaqoq istiqamətində hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladılar. Baxış keçirildi. Maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı maddələr aşkar olundu".

Növbəti proses sentyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, Bakıda sinaqoqa "Molotov kokteyli" ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

İttihama görə, Sumqayıt şəhərində yaşayan, "İŞİD Xorasan" terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev Bakıda dağ yəhudilərinin sinaqoquna qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

O, ötən il dekabrın 28-də avtomobillə sinaqoqa yaxınlaşıb və "Molotov kokteyli" və digər silah qismində istifadə etmək istədiyi əşyalarla sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşyalar aşkar edilərək götürülüb.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri