Mənə işləməyim və oyunu oxumağım üçün pul verirlər”
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Milan”ın baş məşqçisi Serxio Konseysao İtaliya çempionatının 35-ci turunda "Cenoa" üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Sportal.az “DAZN”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis öz performansından da danışıb:
“Oyuna bir sxemlə başlayıb, fərqli sxemlə başa vurduq. Klub mənə işləməyim və oyunu oxumağım üçün pul verir. Bəzən biz məşqçilər ekstra əlavə dəyər verə bilirik, bəzən isə alınmır. Biz təkcə taktika üzərində işləmirik. Səhvlər nəticəsində qollar buraxırıq. Bazada bu aspektlər üzərində işləməyə diqqət yetirmişik. Futbolçular uğur qazananda, qalib gələndə sevinirik. Güclü və vahid komandamızın olduğunun sübutunu gördük”.
"Milan" A seriyasında 35 turdan sonra 57 xalla 9-cudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















