“Mənə yazığın gəlsin” Kıvançdan 7 yaşlı Zayna Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ motosiklet yarışları üzrə dünya çempionu Kenan Sofuoğlunun 7 yaşlı oğlu Zayn Sofuoğlu ilə bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Z. Sofuoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Aktyor müxtəlif avtomobil və motosikletlər idarə etməsi ilə tez-tez gündəmə gələn Zayna zarafatla “Zayn, xahiş edirəm mənə yazığın gəlsin”, - deyib.
Bu zaman Zayn avtomobili iki təkər üzərində balanslaşdıraraq adrenalin dolu anlar nümayiş etdirib.
Onun yanında əyləşən Kıvanç Tatlıtuğun həm həyəcanlı, həm də bir qədər narahat görünməsi isə diqqətdən yayınmayıb.
5,2 milyon izləyicisi olan sosial media hesabında videonu paylaşan Zayn Sofuoğlu bu sözləri yazıb: “Nəfəs kəsən həmin anlarda belə dəyişməyən yeganə şey Kıvanç Tatlıtuğun aurasıdır”.
Sözügedən görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 19 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















