Icma.az
close
up
RU
Yurd sevdalısının mənəvi xəzinəsi

Yurd sevdalısının mənəvi xəzinəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

1 xanımın yaratdığı muzeydə 5 mindən çox tarix yadigarı qorunur

Kakalos kənd mədəniyyət evində tarixi eksponatlarla zəngin bir muzey var. Yaradıcısı və qurucusu fədakar mədəniyyət xadimi, "Tərəqqi" medallı, “Fəxri mədəniyyət işçisi”, 85 yaşlı Fərbiyə Şabanovadır. Muzey təkcə cənub bölgəsində deyil, respublikamızda da tanınır. 

Fərbiyə xanım 1941-ci il aprel ayının 15-də Astara rayonunun Kakalos kəndində dövrünün tanınmış ziyalısı Həsən kişinin ailəsində dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra Bakıda çertyojçu-modelyer kursunu bitirib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) görkəmli sənətkarlarımız Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Müxlis Cənizadə, Əmənulla Rəsulovdan dərs alıb.

Əmək fəaliyyətinə Bala Şahağac və Kakalos kənd məktəblərində başlayıb. Kakalos məktəbində 200 eksponatdan ibarət diyarşünaslıq muzeyi yaradıb. Bacarığı, işgüzarlığı, təşəbbüskarlığı rayon rəhbərliyinin diqqətindən yayınmayıb. 1983-cü ildə Astara Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Bu məsul vəzifədə çalışdığı 10 il ərzində mədəniyyətin inkişafına layiqli töhfələr verib.

Astaranın mədəniyyət işçilərinin sorağı təkcə respublikamızda deyil, keçmiş ittifaqın nüfuzlu teatr, konsert salonlarından gəlib. Sonralar Fərbiyə xanım Kakalos inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, Kakalos kənd mədəniyyət evinin rəhbəri və rejissoru işləyib, həyatını incəsənətin inkişafına həsr edib.

Fərbiyə xanımın təşəbbüsü, xeyriyyəçilərin dəstəyilə Kakalos kəndinin mərkəzində ümummilli lideri Heydər Əliyevin adına mədəniyyət və istirahət parkı salınıb, bağda Ulu öndərin büstü qoyulub. 

Fərbiyə xanım mədəniyyət sahəsində digər uğurlu layihələrə də imza atıb. O, açıq havada “Etnoqrafiya muzeyi” yaradıb. Kakalos kənd mədəniyyət evində uzaq keçmişimizdən soraq verən zəngin diyarşünaslıq muzeyi də illərlə çəkdiyi gərgin əməyinin bəhrəsidir. Muzeyin ekspozisiya zalında yurdumuzun tarixi, təsərrüfat həyatı, məişəti və qədim sənətkarlıq xüsusiyyətlərini əks etdirən 5 mindən çox eksponat nümayiş olunur. Muzeyin direktoru Fərbiyə Şabanova bu qiymətli xəzinə haqqında deyir:

-Muzey işinə məni həvəsləndirən Kakalos kənd tam orta məktəbinin direktoru, İkinci Dünya müharibəsi iştirakçısı mərhum Rəfi Məmmədov olmuşdur. Doğma kəndimizdə belə bir muzey yaratmaq onun təşəbbüsü idi. İstəyirdi ki, gənc nəsil yurdun keçmişini, dünənini, bugününü bilsin. Bir vaxtlar onun direktoru olduğu məktəbdə açdığım diyarşünaslıq və xalqlar dostluğu muzeylərinin eksponatları da buraya gətirilib. 

Muzeydə 32 bölmə var. Burada Fransadan gətirilmiş unikal lampalar və XVIII əsrə aid qrammofon, Keçəçioğlu Məhəmmədin və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının səs yazıları, babam Molla İsaxanın İranın Xorasan vilayətindən gətirdiyi kitablar, güzgü və mücrü, 200 yaşlı güləbatın və naznazı örpəkləri, anamın və özümün uşaqlıq beşikləri, dünyadan vaxtsız köçmüş oğlum Rövşənin çəkdiyi filmlər, əl işləri, bölgəmizə məxsus qədim məişət əşyaları, xalq sənəti nümunələri, Astaradan olan Sovet İttifaqı və Milli Qəhrəmanların sənədləri, fotoşəkilləri nümayiş olunur.

Həmçinin muzeyin nəzdində Şəhriyar adına xalq teatrı, "Əvəsor” folklor kollektivi , “Nəcib qızlar” qrupu, rəssamlıq, heykəltaraşlıq, gülçülük, həsirçilik, toxuma sənəti üzrə maraq klubları fəaliyyət göstərir. “Əvəsor” talış folklor rəqs ansamblının Astarada və qonşu rayonlarda, Bakı, Türkiyə, İran, Rumıniya və Dağıstanda çıxışları çox böyük maraqla qarşılanıb. 

"Xalq sənətini yaşadanlar" layihəsi çərçivəsində həsirçilik maraq klubunun rəhbəri, el sənətinin mahir bilicisi Rüfət Rzayev gənclərə həsirçilik sənətinin sirrlərini böyük həvəslə öyrədir.

Fərbiyə xanım çalışdığı illər ərzində heç bir maddiyyət düşünmədən ərsəyə gətirdiyi layihələrdən zövq aldığını deyir. Mədəniyyət Nazirliyi bu layihələri dəfələrlə yüksək dəyərləndirərək fəxri fərman və mükafatlara layiq görüb.

Bu fədakar xanım əsl iş adamı, mədəniyyət fədaisidir. Övladları, nəvə-nəticələri də yolunu uğurla davam etdirirlər. Qızı Pərvanə, nəvələri Nərgiz, Emin, nəticələri Samira və Leyla mədəniyyət sahəsində bir sıra layihələrin təşkilatçısı və fəal iştirakçılarıdırlar. Nəvəsi Nərgiz Mahmudova Türkiyədə Çanaqqala Onsəkkiz Mart Universitetini bitirib. Türkiyə və Azərbaycanın birgə “İlin ulduzları 2022” layihəsinin qalibi olub, “İlin beynəlxalq peşəkar təlimçisi” mükafatına layiq görülüb.

Bəli, Fərbiyə xanımın mədəniyyət estafeti uğurla davam etdirilir.

Əlisəfa Həsənov, 
XQ-nin bölgə müxbiri 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri