Icma.az
close
up
RU
“Məni hədələyərək işdən çıxardılar” Qadın cərrah

“Məni hədələyərək işdən çıxardılar” Qadın cərrah

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Cərrah, travmatoloq-ortoped Asiman Məmmədova qanunsuz olaraq işdən çıxarıldığını deyir. 

“Qafqazinfo”ya müraciət edən həkim bildirir ki, bu il yanvarın 22-də onun Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı işinə xitam verilib. 

Şikayətçinin iddiasına görə, üstünə şər-böhtan atılıb və heç bir əsas olmadan işdən çıxarılıb: “Mən 12 ilə yaxındır ki, çalışıram. Uzun illərdir tibb sahəsində çalışan, vətən müharibəsi dönəmində xidmətlərinə görə sertifikatlarla təltif olunmuş və sertifikasiya imtahanında 100 faiz nəticə toplamış bir qadın cərrah olaraq bu gün dərin haqsızlıq və özbaşınalıqla üz-üzə qalmışam. Bu vaxta qədər məndən heç bir şikayət olmayıb. İşimdə nöqsanım olmayıb, töhmət almamışam. İnstitutun direktoru Rüstəm Talışinski əvvəlcədən məni hədələyərək ərizə yazmağımı tələb edib, əks halda məni işdən maddə ilə azad edəcəyini bildirib. Bu işdə ona Səhiyyə Nazirliyinin əməkdaşları Fazil Hüseynbəyov və Oqtay Babayev kömək edib”.

Asiman Məmmədova məsələ ilə bağlı həm Səhiyyə Nazirliyi, həm də Əmək Müfəttişliyinə müraciət edib: “Məhkəmə hazırlıq mərhələsində məlum oldu ki, mənim çalışdığım tibb müəssisəsi Müfəttişlik tərəfindən qanunsuz əmək səbəbilə cərimələnib. Artıq 5 aydır bu haqsızlığa qarşı qanun çərçivəsində mübarizə aparıram. Qanun mənim tərəfimdədir. Bəs niyə bu insanlar hələ də məni incidirlər?

Nəsimi Rayon Məhkəməsi mayın 5-də lehimə qərar çıxarıb. Bununla da mən işə bərpa olunmalıyam və kompensasiyam ödənilməlidir. Lakin müəssisə bu qərarla razılaşmayaraq əsassız şəkildə apellyasiya şikayəti verib. Halbuki onların heç bir hüquqi sübutu və əsaslandırması yoxdur. Mən açıq-aşkar qanunsuz şəkildə işdən azad olunmuşam. Bu qərar müəssisə direktorunun özbaşınalığı nəticəsində verilib. Mən həmin institutun yeganə aktiv qadın cərrahıyam. Bu qədər xidmət göstərdiyim, təcrübə qazandığım bir sahədə, təşəkkürlə qarşılanmalı olduğum halda, bu qədər təzyiqə və haqsızlığa məruz qalıram”.

İddialarla əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsi ilə iddiaçı Məmmədova Asiman Qurban qızı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin  22.01.2025-ci il tarixli 22 saylı əmri və 13.03.2025-ci il tarixli, 84 saylı əmri ləğv edilib. İddiaçı Məmmədova Asiman Qurban qızı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin Əl cərrahiyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə həvalə edilməsi qət edilib. 

Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) ay müddəti ötürmədən tərəfimizdən apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır”. 

Nazirlikdən bildirilib ki, Asiman Məmmədova barəsində hüquqpozmalara görə şikayətləri olub: “Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Səhiyyə Nazirliyinə göndərilən təqdimatda Asiman Məmmədovaya 14.11.2024-cü il tarixdə Məmmədli Cavid Arzu oğlunun əməliyyatına görə 1000 ABŞ dolları pul ödənilməsi qeyd edilib və Məmmədova Asiman Qurban qızı barəsində icbari tibbi sığorta əsasında fəaliyyət göstərən müəssisədə tibbi xidmətin pulla alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq sahə üzrə məsul əməkdaşlarının iştirakı ilə müzakirə edib göstərilən nöqsanların və onları yaradan səbəb və şəraitin aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün məqsədyönlü və səmərəli tədbirlər görülməsi xahiş edilib. 

Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun Səhiyyə Nazirliyinə göndərdiyi təqdimatına uyğun olaraq Məmmədova Asiman Qurban qızına 24.10.2024-cü il tarixli, 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Lakin xəstələrin şikayətlərdən və ona verilmiş xəbərdarlıqlardan nəticə çıxarmayaraq sonuncu dəfə “tin news” səhifəsinin sahibi şikayətçi olaraq öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib. Nəticədə Asiman Məmmədova hüquq-mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22.01.2025-ci il tarixdə öz şəxsi istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib”.

Lamiyə Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri