Məni Məleykə Abbaszadə ilə üz üzə qoymağa çalışırlar Misir Mərdanov
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabiq təhsil naziri Misir Mərdanov sosial şəbəkələrdə fikirlərinin təhrif olunduğunu və bəzilərinin onu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə üz-üzə qoymağa çalışdıqlarını bildirib.
Modern.az-ın məlumatına görə, Misir Mərdanov deyib ki, bir neçə gün əvvəl “Pozan Media TV”yə verdiyi müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətini bildirib.
"Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.
Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir", - eks-nazir bildirib.
Məleykə Abbaszadəni uzun illərdir tanıdığını deyən keçmiş nazir ona hörmətlə yanaşdığını vurğulayıb:
"Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 Sentyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















