Misir Mərdanov müzakirələrdən narahatdır: Məleykə Abbaszadəyə qarşı...
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Sabiq təhsil naziri Misir Mərdanovun “Pozan Media TV”-yə verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirə edilir.
Xüsusilə sabiq nazirin Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə barədə dediyi fikirlər geniş müzakirə olunur.
"Cebheinfo.az" xəbər verir ki, M.Mərdanov sosial şəbəkələrdə aparılan bu müzakirələrə etirazını bildirib:
"Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.
Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi".
Sabiq nazir deyib ki, bu iddia həqiqəti əks etdirmir:
"Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram".
Elnarə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 12 Sentyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















