Məni narahat edən rəqib yox, özümüzük Qurban Qurbanov
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
"Vacib səfərə çıxırıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. Nəticəsindən asılı olmayaaraq maraqlı oyun olacaq. Yaxşı nəticə üçün gedirik. Yaxşı hazırlaşmışıq".
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Dinamo” (Kiyev) ilə səfərdə keçiriləcək qarşılaşmadan öncə keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis oyunöncəsi hazırlıqları belə dəyərləndirib:
"Dəyişikliklər gözlənilir. Ola bilər ki, bu oyunda da Sefas heyətdə yer alacaq. Məni narahat edən rəqib yox, özümüzük. Bu, həmişə belə olub. Komandada bəzi narahatlıqlar var. Futbolçuların bəziləri proqramı tam başa vura bilməyib. Bəzilərində mikro zədələr var. Belə rəqiblərə qarşı çox oynamışıq. Çempionlar Liqasının qruplarında çıxış edən bir çox komandalar bizim kimi çempionatda öz səviyyələrini qoruyub saxlaya bilmədilər. Çempionlar Liqasında vəziyyət tamam başqadı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 Avqust 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















