Icma.az
close
up
RU
Qurban Qurbanov: “Məni ən çox narahat edən şey…”

Qurban Qurbanov: “Məni ən çox narahat edən şey…”

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının VII turunda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Azər Bağırova uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başa kollektiv var. "Kəpəz"ə qarşı oynamaq rəqiblər üçün heç də yaxşı olmayacaq. Futbolçuları təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi. Daha istəkli olmalıydıq. Üç gün əvvəl "Kopenhagen"lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. İstəkli olmaq lazım idi. Görünür ki, həmin oyunun atmosferi hələ tam getməyib. Bu gün 3 xal çox vacib idi. Azarkeşlərə təşəkkür edirəm".

- Oyunun tempinin aşağı olması komandanın yorğunluğu ilə bağlı ola bilər? Milli fasilədə futbolçulara neçə gün istirahət verəcəksiz? 
- Yorğunluq ola bilər. Oynamayan futbolçular ritmdən uzaq olurlar. Bayaq qeyd etdiyim kimi meydança amili var idi. Topun yerlə getməsinə mane olurdu. Son vaxtlar meydança çox yüklənib. Həm "Turan Tovuz" ev oyunlarını burada keçirir, həm də U-19 komandamız UEFA Gənclər Liqasında burada oynadı. Növbəti matçlarda daha yaxşı olacaq. Avropadakı oyunun sürəti ilə buradakının arasında çox böyük fərq var. Futbolçulara 4 gün istirahət verəcəyik.

- Hazırda yaxşı formada olan "Qarabağ"a milli fasilə necə təsir edəcək? 
- Demək çətindir. Bizdə bəzən kollektiv şəkildə istirahət çox vacib olur. Düzgün bərpanın, istirahətin komandaya faydası çox olur. Millinin oyunçuları ilə bağlı bir az problemlərimiz olacaq. Həm fiziki, həm psixoloji yorğunluq olur. Fikirləşəcəklər ki, komanda yoldaşlarım istirahət edir, mən isə məşq edirəm. Fiziki yorğunluğu necəsə aradan qaldırırıq. Bəzən bir oyunu qurban veririk. Məni həmişə ən çox narahat edən psixoloji yorğunluq olub. Proqram bütün komandalar üçün eynidir. Rəqiblərimizin oyunçuları da milli komandalara gedəcək. Bəlkə də fasilənin bizim üçün faydası var. İstər-istəməz biz belə tempə az öyrəşmişik.

- Kamilo Duranı transfer edəndə onu əsas hücumçu kimi düşünmüşdüz? 
- Oyunçunun potensialını görmüşdük. Həm solda, həm sağda, həm də hücumda oynamaq qabiliyyəti var. Nəriman Axundzadə də həmçinin. Belə futbolçular bəzən komandaya əlavə fayda verir.

- "Qarabağ"da oynamış legionerlərdən hansını indi Çempionlar Liqasında iştirak edən komandada görmək istəyərdiz? 
- Belə düşüncəm olsa da, faydası yoxdur. Real baxmaq lazımdır. Amma inanın ki, hamısını istəyərəm. Hərəsinin öz yeri var.

- İndidən "Atletik"i təhlil etməyə başlamısız? 
- Hələ yox. Bir neçə gün istirahət edib daha yaxından təhlil etməyə başlayacağıq.

III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB Minifutbol turniri: “APA” “Baku WS”ə qarşı Asim Xudiyevə UEFA-dan təyinat Millimizin üzvü oynadı, komandası məğlub oldu "Araz" onun da biletini kəsdi - Ya satılacaq, ya da icarəyə göndəriləcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Oktyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri