Icma.az
close
up
RU
Məni o zirvəyə Səid qaldırdı Şəhid atasından təsirli YAZI

Məni o zirvəyə Səid qaldırdı Şəhid atasından təsirli YAZI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsində şəhid zabiti - baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlu haqqında yazıb. 
Səid Rəşidzadə Hadrutun girişində Şişqaya deyilən yüksəkliyə bayraq sancan zaman erməni snayperin gülləsi ilə vurulub. Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, "Xocavəndin azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 
Modern.az saytı Nofəl Qasımovun yazısını təqdim edir:
***
Səidsiz 5 il də yaşadıq.

Sabah Səid Rəşidzadənin anım günüdü.

Doğma Füzuli, Babı kənd məzarlığı.

2020-ci ildə Səidin şəhid xəbərini eşidəndə ağlıma ilk gələn bu oldu: hansı şəraitdə və harada şəhid olub?

Bakıdan Füzuliyə qədər bu fikirdən ayrıla bilmirdim. İnanırdım ki, Səid təsadüfi şəhid olmaz, can almasa, mövqe azad etməsə ,can verməz, xasiyyətini bilirdim, təpərini hiss etmişdim.
Çatdıq kəndə, var olsun camaatımız, toplaşmışdılar həyətə, tabutu da gətirmişdilər, ana-bacılar ağlaşırdı...

Mən isə məlumat almağa adam axtarırdım, necə olub?

Kiminlə danışdımsa, bilən olmadı, bildikləri başının sol tərəfindən vurulması idi.

Məsləhət oldu ki, sabah (ayın 12-si) dəfn edək.

Səhərə qədər həyətdə gəzişdim, necə olub, hansı vəziyyətdə olub, hansı silahla vurulub?

Hətta tabutun başına hərlənib özündən soruşmaq istədim, Səid necə oldu?!

Səhər açıldı, həyətə 7-8 nəfər – zabit və əsgər gəldi, dəfndə iştirak etmək üçün. Hərbi hissədən göndərilmişdilər.

Həsrətlə baxdım onlara, bəlkə hansısa nəsə bilər.

Bir də gördüm gələn zabit məni soruşdu, atası hansıdı? Tez özüm dilləndim ki, mənəm.
Yaxınlaşdı dedi ki, ağsaqqal bilirsiniz oğlunuz necə şəhid oldu...

Cavab gözləmədən davam etdi: Öz bölüyülə (Səid bölük komandiri idi) Şişqayanı azad etdi, düşmən bayrağın endirib Azərbaycan bayrağın sancan zaman qarşı tərəfdən snayperlə vuruldi, şəhid oldu.

Az qaldım qışqıram: Səid, elə belə də hiss etmişdim, ürəyim deyirdi, sənə inanırdım!

Məzarlığa qürurla getdim, dik durdum, hətta ağlayanlara dedim ki, sakitləşin, möhkəm olun, yəni şəhid atası olaraq təsginlik verirdim, camaatımıza.

Bu qüruru mənə oğlum Səid əməliylə hədiyyə etmişdi, ağlasaydım, ruhu narahat olardı.
Şişqaya mənim yaralı yerim idi, 1992-93-cü illərdə iki dəfə hücum etmişdik, amma azad edə bilməmişdik.
Heç vaxt Şişqayaya çıxmamışdım, yalnız aralıdan görürdüm, həsrətlə baxırdım.

2020-ci ildən sonra 4 dəfə getmişəm, həm də müqəddəs bayrağımızı dəyişmişəm.
Məni o zirvəyə Səid qaldırdı.

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri