Məni Putinlə, mafiya babaları ilə qorxudurlar
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrahiyyə mövzusunda araşdırmaları zamanı yaşadıqlarını açıqlayıb.
Axşam.az xəbər verir ki, jurnalist bir neçə aydır davam edən araşdırmalar zamanı dəfələrlə təhdid edildiyini bildirib:
"Azərbaycanda plastik və estetik cərrahiyyə sahəsində baş verən vəziyyəti diqqətlə öyrənirəm və hər kəsə tövsiyə edirəm. Əgər gəncsinizsə, ciddi ehtiyac yoxdursa, ucuzluğa qaçıb, əməliyyata tələsməyin. Yaş və ehtiyac olanda gedin. Mən də lazım gələndə müdaxiləni inkar etmirəm. Hətta gələcək üçün baxdığım həkimlərimiz də var. Demək istəyirəm, həkiminizi yaxşıca araşdırın, onun peşəkarlığından və təcrübəsindən tam əmin olun. Təəssüf ki, çoxunun məni dinləmədiyini görürəm.
Məsələn, ölkəmizdə elə klinikalar var ki, xəstə üçün cəhənnəmə çevrilib. Bu yerlərdə diplomları tanınmayan bir çox “həkim”lər fəaliyyət göstərir və təəssüf ki, insanlarımız bu məkanlarda hələ də əməliyyat olunurlar.
Öz Instagram hesabım vasitəsilə bacardığım qədər maarifləndirici məlumatlar paylaşmağa davam edəcəyəm. Lakin inanın, çox yorulmuşam. Təkəm, onlar isə çox. Hələ üstəlik yanımda Rusiyadakı mafiya babalarının adını çəkib qorxudanlar da var, kimisi də məni Putinlə (Rusiyanın prezidenti Vladimir Putin - red.) qorxudur…".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















