Icma.az
close
up
RU
Fitso Putinlə görüşdə Avropa İttifaqını qurbağaya bənzətdi “Bilirəm, məni tənqid edəcəklər...

Fitso Putinlə görüşdə Avropa İttifaqını qurbağaya bənzətdi “Bilirəm, məni tənqid edəcəklər...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Pekində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb. 

“AzPolitika” xəbər verir ki, iki lider “Drujba” neft kəmərinə edilən hücumlara görə Ukraynanı günahlandırıb, Slovakiyanın da üzv olduğu Avropa İttifaqı (Aİ) və NATO rəhbərliyini sərt tənqid ediblər.

Putin Rusiyanın Aİ ölkələrindən hər hansı birinə hücum etmə ehtimalını bir daha rədd edərək, bu barədə danışanları "nağıl və qorxu filmi mütəxəssisləri" adlandırıb. O bildirib ki, Rusiyanın "heç vaxt, indi də, gələcəkdə də kiməsə hücum etmək niyyəti olmayıb və yoxdur".

Ukraynada üç ildən artıqdır davam edən müharibəyə toxunan Rusiya Prezidenti qeyd edib ki, Moskva orada sadəcə öz maraqlarını müdafiə edir. Onun sözlərinə görə, Rusiya Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxmayıb, lakin ölkənin NATO-ya üzvlüyünə qəti etiraz edir.

Slovakiya Baş naziri Fitso da Ukraynanın NATO-ya qoşulmasına qarşı olduğunu, Aİ-yə üzvlük məsələsini isə müzakirəyə açıq olduğunu bildirib. O, Avropa İttifaqını tənqid edərək onu "quyunun dibində oturub ətrafındakı dünyanı görməyən qurbağa"ya bənzədib.

Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla son görüşünü də müsbət qiymətləndirib və təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın mümkün olduğunu deyib. O əlavə edib ki, Ukrayna öz təhlükəsizliyini necə təmin etməyə özü qərar verməlidir.

Qeyd edək ki, Fitso Pekində İkinci Dünya müharibəsində qələbənin 85 illiyi münasibətilə keçirilən parada qatılan yeganə Aİ lideridir. O, bu ilin may ayında Moskvada keçirilən Qələbə paradında da iştirak etmişdi. Baş nazir bildirib ki, səfərinə görə Aİ-də tənqid olunacağını bilir, lakin Putinin mesajını İttifaq rəhbərliyinə çatdırmağa hazırdır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri