Icma.az
close
up
RU
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” Kollecdə təzyiq iddiası VİDEO

“Məni şərləyib işdən çıxarmaq istəyirlər” Kollecdə təzyiq iddiası VİDEO

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində hüquqşünas kimi çalışan Aynur Muradova sosial şəbəkələr vasitəsilə iş yerində təhqirlərə və psixoloji təzyiqə məruz qaldığını bildirib.

Bakupost.az xəbər verir ki, onun iddiasına görə, kollecin direktoru Sevinc Həmzəyeva saytlarda yayımlanan korrupsiya və vəzifədən sui-istifadə iddialarının Aynur Muradova tərəfindən sızdırıldığını əsas gətirərək onu kollektiv qarşısında hədəf halına gətirib.

Aynur Muradova iddia edir ki, artıq uzun müddətdir kollektiv içində təcrid olunub:

“Üç ildir ki, çalışdığım yerdə təklənirəm. Pedaqoji Şuranı şəxsi iclaslarına çeviriblər. Direktor və müavinləri məni təhqir edirlər. Bütün sübutlar ört-basdır edilir. Bunun da arxasında duran İqtisad Universitetinin rektoru Ədalət Muradov və prorektor Şahin Əsgərovdur. Elm və Təhsil Nazirliyinə şikayət etdim, yoxlamalar gəldi, amma yenə sübutların üstü örtüldü. Nizami rayon Prokurorluğunun müstəntiqi Turqut Bayramlı da saxta qərarlar çıxardıb, onu da araşdırmaya vermişəm. Kollecdə məni şərləyərək işdən çıxartmağa çalışırlar.”

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək üçün Qida Sənayesi Kollecinin direktoru Sevin Həmzəyeva ilə əlaqə saxladıq. Sevinc Həmzəyeva Bakupost.az -a acıqlamasında iddiaları təkzib etdi:

“Pedaqoji Şuranın iclası bitdikdən sonra kollektivə uğurlar arzuladım. Bildirdim ki, diqqətinizi kollektivdə mehribanlığa, işə yönəldin. Çünki bir həftə öncə Aynur Muradova mənim şəxsim və kolleclə bağlı bəzi reket saytlarda xoşagəlməz yazılar paylaşmışdı. Özü bunu inkar etsə də, həmin saytlar şifahi şəkildə onun adını dedilər. Bu məsələ də kollektivi hədsiz narahat edib.

Mənim tövsiyə xarakterli çıxışım zamanı Aynur xanım söz istədi, dedim, buyurun. O, ayağa qaxdı və bu yazıları yazan saytları müdafiə edərək bildirdi ki, “əsaslı olmasa, düzgün olmasa, saytlar paylaşmaz”. Belə bir müdafiə xarakterli çıxış edəndə mən sual verdim ki, Aynur xanım, siz bizim kollektivin əməkdaşısınız, yoxsa düşmənisiniz?! Yəni, biz hər birimiz bilirik ki, o yalandır və bütün kollektiv yazıların yalan olduğunu bildirir. O isə cavabında qeyd etdi ki, həmin xəbərlər doğrudur, əgər narazılığınız varsa, məhkəməyə verə bilərsiniz. Mən də məhkəməyə müraciət edəcəyimi dedim. Hətta dedim ki, “siz bizim hüquqşünasımızsınız, siz də kolleci müdafiə edərsiniz, yəni bu işlərlə siz maraqlanırsınız.

Yəni, ümumiyyətlə bu söz-söhbətin yaranma səbəbkarı birinci özü oldu. Amma orada onu heç kəs nə təhqir etmədi, nə təhdid etmədi. Sonra Aynur xanım özünə təcili tibbi yardım çağırdı. Hətta gələn həkimlərlə də hədə-qorxu dili ilə danışdı. Həmin vaxt Həmkarlar İttifaqı sədri otağına gedib ki, vəziyyətini soruşsun, ona da hədə-qorxu gəlib ki, sizi məhkəməyə verəcəm. Sonra otağında canlı yayım açaraq, iş saatında çəkiliş edib.

Biz artıq onu məhkəməyə verəcəyik, çünki bütün kollektivin əmək fəaliyyətinə mane olur, işgüzar nüfuzumuza xələl gətirir. Yəni, adam kollektivdə heç kimlə yola getmir.

Aynur xanım bizim kollektivə şər atır ki, imtahanda rüşvət var. Bizim kollecin 1300-ə yaxın tələbəsi var. 1300 tələbə, 1300 ailə deməkdir. Yəni, elə bir şey olduğu halda, sosial mediada onun çıxışına heç olmasa, bir tələbə dəstək verər, yazar ki, bəli, var, doğru deyir. Heç bir zaman, heç kəs deyə bilməz ki, bu kollecdə qanun pozuntusu var, hər hansı bir korrupsiya əməli var. Qətiyyən, belə bir şey yoxdur.

Buna baxmayaraq, Aynur Muradova bizim kolleci, kollektivi belə mövzularda ittiham edir, saytlarda yazı yazdırır. Bu da zamanla bizim qəbul prosesimizə də təsir edə bilər.”


Aysel,

BakuPost


@aknews_az Qida Sənayesi Kollecində Psixoloji Linç: Hüquqşünasa qarşı psixoloji basqı, sağlamlıq itkisi və səssiz kollektiv Qida Sənayesi Kollecində baş verən hadisə cəmiyyətin vicdanına toxunur. Aldığımız məlumata görə, kollecin direktoru Sevinc Həmzəyeva tərəfindən çağırılan pedaqoji şura iclasında hüquqşünas Aynur Muradova ciddi şəkildə təhqir və psixoloji təzyiqlərə məruz qalıb. Bildirilir ki, Sevinc Həmzəyeva media orqanlarında yayımlanan korrupsiya və sui-istifadə iddialarının Aynur Muradova tərəfindən sızdırıldığını əsas gətirərək onu kollektiv qarşısında hədəf halına gətirib. İclas zamanı Aynur Muradovaya qarşı tənqidlər etik və peşəkar çərçivəni aşaraq şəxsiyyətə yönəlik təhqirlərə çevrilib. Bu psixoloji basqı nəticəsində Aynur xanım iclası tərk edərkən halı pisləşib və qıcolma keçirib. Şahidlərin bildirdiyinə görə, kollecin əməkdaşları direktorun yaratdığı qorxu mühitinə görə təcili tibbi yardım çağırmağa belə cəsarət etməyiblər. Bu, bir insanın həyati təhlükə ilə üz-üzə qalmasına laqeyd yanaşılması kimi qiymətləndirilə bilər və hüquqi baxımdan "kömək göstərilməməsi" (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi) kimi dəyərləndirilə bilər. Sosial şəbəkədə öz açıqlaması ilə çıxış edən Aynur Muradova bildirib ki, yayılan məlumatlarla heç bir əlaqəsi yoxdur və bu hadisə onun peşə fəaliyyətinə və şəxsi ləyaqətinə ciddi zərbə vurub. Mətbuatda son aylar Qida Sənayesi Kollecində imtahanların qanunsuz keçirilməsi, maliyyə vəsaitlərindən məqsədyönsüz istifadə, tələbələrə qarşı haqsız qiymətləndirmə və s. kimi hallar barədə iddialar yer almaqdadır. Lakin kollecin rəhbəri Sevinc Həmzəyeva bu iddialara hüquqi əsaslarla cavab vermək əvəzinə, daxili düşmən axtarışı yolu ilə məsuliyyətdən yayınmağa çalışır. Bu hadisə bir daha göstərir ki, bəzi təhsil müəssisələrində rəhbərlik şəxsi maraqlarını qorumaq üçün insan haqlarını və hüquqi normaları tapdalamaqdan çəkinmir. Həmçinin, bu hadisə Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" Qanun və insan hüquqları konvensiyalarının birbaşa pozulması kimi qiymətləndirilə bilər. İctimaiyyətin, Elm və Təhsil Nazirliyinin, eləcə də Ombudsman Aparatının bu məsələyə biganə qalmaması, kollektiv mobbinq və psixoloji basqıya yol verən rəhbərlik barəsində araşdırma aparması gözlənilir. #dövlətiqtisadiyyatuniversiteti #qidasənayesikolleci #trend #təhsilnazirliyi #ombudsman ♬ orijinal ses - Master_11_11


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri