Icma.az
close
up
RU
“Məni söyürlərsə, demək sağam, varam” Bircə Xanım MÜSAHİBƏ

“Məni söyürlərsə, demək sağam, varam” Bircə Xanım MÜSAHİBƏ

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yazıçı Bircə xanım ssenari müsabiqəsində ilk onluğa düşsə də, uğurunu qısqananlar olub. Onun yazılarının əslində Fəxri Uğurluya aid olduğu barədə iddialar sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Tribunainfo.az-a müsahibəsində Bircə xanım həm müsabiqədə iştirakı, həm də ona qarşı yönələn ittiham və təhqirlərlə bağlı açıqlamalar verib.

Müsahibəni təqdim edirik:

— Ssenari müsabiqəsində ilk onluğa düşməyiniz sizi təəccübləndirdi, yoxsa nəticə gözlənilən idi?

— Bu mənim ədəbi müsabiqələrə ikinci qatılmağımdı.
Birincidə, Kulis.az saytının təşkil elədiyi hekayə yarışmasında “Dağdağanın seyildiyi” adlı hekayəmlə üçüncü yeri tutmuşdum.

Ssenari müsabiqəsi haqqında xəbəri sosial şəbəkədən oxudum. Müsabiqənin adı çox xoşuma gəldi, “Mən qadınam”.

Bu mövzu mənim yaralı yerimdir.
Rəfiqəm məni həvəsləndirdi, şərtləri oxudum.
Ssenari yazmağın qaydaları haqda xeyli araşdırmalar apardım.
Ədəbiyyat oxudum.
Bütün qışı demək olar ki, həmən senariylə oynadım.

Qış necə keçdi, xəbərim olmadı.
Onluğa düşəndə həm sevindim, həm də təəccübləndim.

Doxsan ssenarinin içindən seçilmək də pis nəticə deyil.
Qaliblər gənclərimiz oldu.
Mənim əlimdə isə gözəl bir əsər qaldı.
Bic doğulmuş bir qızla, gəncliyi puç olmuş ananın hekayəsi.

Qalib olmadığıma dostlarım kədərləndilər.

Mənsə, özümü heç vaxt bələd olmadığım bu sahədə də sınamış oldum.

— Sosial şəbəkələrdə uğurlarınızın arxasında Fəxri Uğurlunun durduğunu iddia edənlər var. Bu haqda nə deyə bilərsiniz?

— Dəfələrlə demişəm ki, mənim romanlarımın yazılmasında Fəxri Uğurlunun böyük zəhməti olub.
Bir haşiyəyə çıxım.
Romanın üçüncü bölümü təzəcə yayımlanmışdır ki, sosial şəbəkədə mesaj qutuma bir məktub gəldi.
Vahid Qazi: “Əəə, Fəxri bəsdi dəə. Bu da sonuncu əməlindi? Sən niyə qadın adıyla yazırsan?”

Bir ay sonra daha bir məktub.
Kamil Vəli Nərimanoğlu: “Ay Fəxriiiii, niyə bu gözəl yazını başqa adla yazırsan, bunu niyə özünə qıyırsan”.

Başqaları da oldu.
Çox az keçdi, mənim əsərim haqda ən gözəl yazını Vahid Qazi yazdı.

İlk vaxtlar çox pis olurdum, pərtliyim keçmirdi.
Gözəl ədəbiyyatçımız Bəsti Əlibəyli məni sakitləşdirdi, dedi: “ay dəli, gör sən nə qədər gözəl yazırsan ki, yazdıqlarını Fəxri müəllimin qələmindən çıxanlara oxşadırlar”.

Dediyim o ki, indi hər şey göz qabağındadır.
Fəxri müəllim mənim ssenari müsabiqəsində iştirakımı heç alqışlamadı.
O sahənin çox çətin olduğunu, mənim təcrübəsiz olduğumu dedi.
Axıra qədər də mənə inanmadı, bu gün də ssenarini görməyib.

— Sizi hekayə, roman yazıçısı kimi tanıyırıq. Ssenari müsabiqəsinə qatıldınız, Ssenari yazmaq bacarığınızın olduğunu da öyrəndik. Bədii mətn yazmaq rahatdır, yoxsa ssenari?

— Belə suallara cavab verməyə çox utanıram. Çünki mən özümü həvəskar, sıradan biri hesab eləyirəm. Fərqə gəlincə, əlbəttə, ssenari yazmaq çox çətindir. Orada çox çətin qayda-qanunlar var. Epizodların cərəyan olduğu yer, günün hansı saatı, havanın necə olmağı, qəhrəmanların geyimi, qəhrəmanların fizionomiyası, hər fraqment də qeyd olunmalıdır. İki qəhrəman söhbət eləyir, harada dayandıqları, evin içindəmi, yoxsa bayırdamı, bayırın harasında olduğu belə yazılmalıdır. Ssenari yazmaq hər adamın işi deyil. Heç mənim də…

— Sizin uğurlarınıza ağız bezən, gözü götürməyən qələmdaşlarınız olduğunu bilirik.
Bu reaksiyalar sizə necə təsir bağışlayır? Motivasiya edir, yoxsa yazı prosesinə mənfi təsir göstərir?

— Hekayə yarışmasından sonra Sosial şəbəkədə o qədər təhqir dolu məktublar yazanlar oldu.
Saxta profil açıb, söyüş, qarğış yazıb atırdılar bloka.
Yarışmadan beş yüz manat mükafat almışdım.
Bir nəfər yazmışdı ki, haram xoşun olsun, burnundan gəlsin.
Bəlkə nə vaxtsa həmən adamın adını açığa yazaram.

Bu yarışmada onluğa düşdüyümü yazdım.
Biri lap qabağa gedib vatsapıma qarğış, söyüş, təhqir göndərmişdi.

Uzun rəqəmli bir nömrədən.
Oğlum çox inadkarlıq elədi. Araşdırdı, nömrə uzaq Vyetnama kimi gedirdi.
Sonra onun altından elə bir adam çıxdı ki!!!

Deməyə, yazmağa əlim, dilim gəlmir.

Motivasiyam yox ey, özüm də, yazdığım da yerlə bir oldu.

Ən böyük köməkçim, anam, bacım oğlu oldu. Onun dediyi köməyimə gəldi.
Mənə dedi ki, “səndən danışırlarsa, səni söyürlərsə, demək sağsan, varsan, yaşayırsan.

Mənim ədəbiyyatdan bir umacağım var.
Yaza-yaza sağalmaq, sağaltmaq, bilmədiyimi öyrənmək, özümü diriltmək, ancaq özümü…
Yoxsa, mənim məşhur olmaq, kiminsə yolunu bağlamaq, kiminsə yerini dar eləmək kimi arzum yoxdur.

Səhvlər eliyə-eliyə gəlib bu yaşa çıxdım.
Oxuduğum kitablar, həyatlarını öyrəndiyim qadınlar, təcrübəli yazarlar olmasaydı, görün necə axmaq səhvlər edərdim ey…

Allah hamının yolunu açıq eləsin.
Məni dəstəkləyənlər, haqqımda yazanlar lap çox oldu. Mətbuatda bu haqda geniş xəbərlər var.
Məni bəyənməyənlərin, ağız büzənlərin də canları sağ olsun. Amma qarğış, söyüş, kimdənsə xəbər göndərməsinlər.
Çünki, indi heç nəyi, heç kimi gizlətmək olmur. Texnika insan pisliyini daha tez açıb ortalığa qoyur.

Söhbətləşdi: Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Avqust 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri