Icma.az
close
up
RU
“Sumqayıt” uzun müddət idi məni izləyirdi” (MÜSAHİBƏ)

“Sumqayıt” uzun müddət idi məni izləyirdi” (MÜSAHİBƏ)

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt”ın futbolçusu Masaki Muratanın “Futbolpress.az“a müsahibəsi:

– 2 oyun, 2 qələbə. Nəticələri necə şərh edərdin?
– Startımız yaxşı alınıb. Ancaq hələ başlanğıcdır. Üzərimizdə işləməli, inkişaf etdirməli olduğumuz çox şey var.

– Hər iki matçda sonradan oyuna daxil olmusunuz. Hələ tam hazır deyilsiniz?
– Bu mövsüm əvvəlki klubumda üç oyuna çıxmışam. Fiziki cəhətdən hər şey qaydasındadır. Lakin komandaya yeni qoşulduğum üçün taktiki gedişləri, oyunçuları başa düşməliyəm.

– 2024-cü ilin yayında klubdan ayrılığınız birmənalı qarşılanmamışdı. Komandanın aparıcı üzvü idiniz…
– Müqaviləm bitmişdi və klubdan gözlədiyim təklifi almadım. Həm də daha yaxşı bir yerdən təklif gəlmişdi. Futbolçu kimi əsas istəyim yaxşı yerlərdə oynamaqdır.

– Qayıdışınız nə ilə bağlı oldu? Danimarkada – “Veyle”də işləriniz yolunda getmirdi?
– Asan qərar olmadı. “Veyle”də oyunlara çıxırdım, ancaq istədiyim qədər vaxtı ala bilmirdim. Həm də “Sumqayıt” uzun müddət idi məni izləyirdi və onlarla xoş xatirələrim var idi. Təklif gələndə qəbul etdim.

– Ümumilikdə, “Veyle” karyeranız sizə nə qazandırdı?
– Danimarka təcrübəsi inkişaf etməyimə kömək oldu. Ev oyunlarımızda 10 minə yaxın azarkeş olurdu. Eyni zamanda böyük komandalarla səfər görüşlərində 30 min tamaşaçı qarşısında oynayırdıq. Yaxşı atmosfer var idi. Məşqlərdə çox çalışırdım, həqiqətən, futbolçu kimi böyüdüyüm bir il oldu. Ancaq istədiyim qədər oynamamağım məyusedici xatirə kimi qaldı.

– Mövsümə uğurlu start vermisiniz. Növbəti rəqib isə “Şamaxı”dır. Seriya pozulmayacaq? Ümumiyyətlə, hədəflər nələrdir?
– Oyundan-oyuna düşünürük. Əsas hədəf hər oyun yaxşı nəticə qazanmaqdır. Məqsəd mövsümü yaxşı yerlərdə bitirməkdir.

– Əvvəlki “Sumqayıt”la indiki arasında hansı fərqlər var?
– İndi yeni kmoanda var. Fərqli məşqçi və fərqli oyunçular. Keyfiyyətli kollektivimiz var və komandada atmosfer yaxşıdır. Azarkeşlərimiz də bizi hər oyun dəstəkləyirlər. Ümid edirəm ki, onları yaxşı nəticələrimizlə sevindirə biləcəyik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Avqust 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri