Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Elnarə Abdullayeva sosial şəbəkədə onun açıqlamalarını tənqid edənlərə cavab verib.
Axşam.az xəbər verir ki, müğənni "İki başlı" proqramında tənqid yazanları tərbiyəsiz adlandırıb:
"İnsan o vaxt dillənir ki, hansısa haqsızlığı görür. Elə şeylər var ki, deyiləsi və deyilməyəsi. Suallar verilir, mən də aldığım tərbiyəyə görə cavab verirəm. Bu gün mənim aldığım tərbiyə yazan insanlara qəribə gəlir. Elə başa düşürəm ki, bu tərbiyə onların ailəsində yoxdur. Mən öz ailəmə uyğun danışıram. Heç kimlə qalmaqal etmirəm. Görmüsünüz, kiminsə arxasınca danışım? Heç kimlə işi olan deyiləm. Məndən soruşursan evim və ailəm haqqında, özümə uyğun cavab verirəm. Gedib kiminsə yerinə cavab verəsi deyiləm. Tərbiyə görməyən insanların yerinə cavab verə bilmərəm. Ona xoş gəlsin formada cavab verə bilmərəm. Bu gün mənim efirdə qabiliyyətli, tərbiyəli danışan vaxtımdır. Bunun tərbiyə görməyənə pis təsiri varsa, mənim yox, onun problemidir.
Elə şey var ki, təbiidir. Əgər yersiz sual olsa, cavab verəcəyəm. Həm yaşıma uyğun danışmalıyam. Gənclərə məsləhətli cavab verməliyəm. Yaxşıya doğru deməliyəm. Amma bəzilərinə hər şey qəribə gəlir. Bunlar hansı ailə tərbiyəsini alır ki, onlara qalmaqallı gəlir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 25 Aprel 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















