MƏNİM GÜNAHIM YOXDUR
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas
Hamı Allaha qurban olduğunu deyir. Hamı özünü haqlı, başqasını günahkar bilir. Hamı da bir cümlənin arxasında gizlənir: “Mənim günahım yoxdur, Allah hər şeyi bilir”…
Bəli, Allah hər şeyi bilir! Kimin hansı sözü ilə bir qəlbi yaraladığını, kimin haqsızlığı ucbatından bir insanın gecələr səssizcə ağladığını, kimin göz yaşını heç kimin görmədiyini də bilir.
Hamı başqasının səhvini xatırlayır, amma öz səhvlərini unutmağa çalışır. Hamı haqq tələb edir, amma özünün kiminsə haqqına girdiyini düşünmək istəmir. Hamı bağışlanmaq diləyir, amma bir dəfə də olsun “Haqqını halal et” demək üçün qüruruna qalib gələ bilmir.
Nə qədər qəribədir… Hamı özünü məsum hesab edir, amma bu dünyada qəlblər qırılır, ümidlər sönür, insanlar bir-birindən inciyir, göz yaşları axır.
Bəs bütün bu ağrıların, bu səssiz fəryadların səbəbkarı kimdir?
Unutmayaq ki, Allahın adını çəkmək insanı avtomatik haqlı etmir. Dua etmək qədər qul haqqından qorxmaq da iman məsuliyyətidir. Çünki Allah qarşısında tövbə etdiyimiz kimi, haqqına girdiyimiz insanlardan da halallıq almalıyıq.
Bir gün bütün bəhanələr susacaq, bütün ittihamlar bitəcək. İnsan öz əməlləri ilə üz-üzə qalacaq.
O gün “Mən haqlı idim”deməyin deyil, haqqına girdiyin insanın halallığının nə qədər qiymətli olduğunu anlayacağıq.
Ən ağır hesab insanın başqalarına verdiyi hesab deyil, öz vicdanına verə bilmədiyi hesabdır.
Sevgi və dualarımla!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















