Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Mənim işim pul saymaq idi, heç kəsdən heç nə almamışam... Talassemiya işi

Mənim işim pul saymaq idi, heç kəsdən heç nə almamışam... Talassemiya işi

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim yenə xəbərdarlıq edib. Bildirib ki, vəkillərin səhlənkarlığı ucbatından iclaslar gecikir.

"Bura bu qədər adam toplaşıb. Bu işə vaxtında baxılmalıdır. İşi olanlar, kredit borcu olanlar var. Prosesi uzatmağın əhəmiyyəti yoxdur", - hakim deyib.

Daha sonra hakim Ədliyyə Nazirliyinin Müalicə müəssisəsindən göndərilən məktubu elan edib. Məktubda təqsirləndirilən Aynur Bayramovanın xəstəliyi ilə bağlı qeyd olunub.

Aynur Bayramovanın vəkili bildirib ki, müvəkkilinin xəstə olması hər kəsə bəllidir: "Aynur hər gün əziyyət çəkir, bu da göz qabağındadır. Hər kəsdən çox Aynur Bayramova işin yekunlaşmasını istəyib. Yekun Aynur Babayevanın xeyrinə olacaqdır. Prosesin uzanmasını biz də istəmirik".

Daha sonra zərərçəkmiş qismində Mənsumə Hacıyeva ifadə verib. O, Nuridə Seyidova və Aynur Bayramovanın tanıyıb, Talassemiya Mərkəzi ilə üzbəüz aptekdə işlədiyini deyib: "Mənim qardaşım oğlu xəstə idi. Mən də bununla bağlı maraqlanırdım. Xəstələrdən biri mənə Aynur xanımı məsləhət bildi, onunla danışdım.

Türkiyədə hospitalda Aynurun vasitəsi ilə Akif hoca ilə əlaqə saxladım. Akif hoca ilə danışanda bir manat da pul söhbət etmədik. Dedi ki, Aynur xanım məsələni həll edəcək. Mən də Aynur xanıma inanırdım. Qardaşım oğlu sonradan əməliyyat olundu. Amma borca düşdük. 10 min dollar verdik. Aynur məndən soruşdu ki, nə qədər pul düzəldə bilərsən? Mən də 10 min dollar düzəldə biləcəyiniz dedim".

Hakim: On min dollara nə iş görəcəkdilər?

Zərərçəkmiş: İliyin köçürüləcəkdi.

Hakim: İliyin köçürülməsi 160 min dollar edir.

Zərərçəkmiş: Biz bilirik bunu. Amma Aynur xanım dedi ki, bu pulu ver, məsələ həll olunsun. Dedi, nə düzəldə bilərsən, düzəlt ver. Pulu da aldılar, əməliyyata göndərmədilər. Sonradan ayıldıq ki, bizi aldadıblar. Nuridə Seyidova və Aynur Bayramovadan şikayətçiyik".

Zərərçəkmiş qeyd edib ki, qardaşı oğlu sonradan dövlət hesabına ayrılmış vəsait hesabına əməliyyat olunub: "Mən pulumu Aynur və Nuridədən tələb edirəm. Çünki pulu sayıb onların hər ikisinə vermişəm".

Təqsirləndirilən Aynur Bayramova bildirib ki, Talassemiya Mərkəzində təkbaşına olmayıb: "Mən bu işlə 5 il məşğul olmuşam. Mərkəzdə xəstələrin işinə baxmışam. Xəstə uşaqların dərmanlarını gətirmişəm, sənədlərinə baxmışam. Mənim bu işimdən mərkəzin baş həkiminin də xəbəri olub".

Aynur Bayramova bildirib ki, bu işdə heç kimin pulunu yeməyib. Hakim bildirib ki, 43 ildir hüquq-mühafizə orqanlarında işləyir, heç kim haqsız yerə gəlib demir ki, pul almışam, vermişəm.

Aynur Bayramova isə "Azad müəllim, bilirəm, mənim də səhvlərim olub" deyə cavab verib. Əlavə edib ki, heç kimdən pul almayıb: "Ola bilsin, stolun üstündə olan pulları saymışam və şkafa qoymuşam. Mənim işim Nuridənin ofisində olub. Xəstələr gələndə mən getmişəm. İşin üstü açılanda siyahı da vermişəm".

Hakim deyib ki, pul saymaq özü də bir əmək tələb edir: "Siz buna görə nəsə almısız? Heç kim haqq almadan iş görmür. Hər bir ilin öz haqqı var. Pul saymağa görə nə qədər almısınız?"

Aynur Bayramova pul saymağa görə heç bir vəsait almadığını deyib.

Daha sonra Nuridə Seyidova zərərçəkmişin ifadəsinə belə arayış verib: "Mən dəfələrlə demişəm ki, pulları mən götürməmişəm. Aynur Bayramova burada özünü kənara çəkməklə şou düzəldir. Mən zərərçəkmişlərə demişəm ki, sizə köməklik edəcəm. Pul məndə deyil".

Pulların kimdə olması ilə bağlı suallara Nuridə Seyidova cavab verə bilməyib. "Biz bu işləri bir yerdə görmüşük. Mənim sübutların da var" deyə cavab verib. Aynur Bayramova da sübutların olduğunu deyib.

Zərərçəkmiş Ömər Məmmədov bildirib ki, övladı talassemiya xəstələyindın əziyyət çəkir. Onun sözlərinə görə, Türkiyədən Akif hoca adlı şəxs xəstələri müayinə edib: "Biz Talassemiya Mərkəzində Akif hocanın gəldiyini öyrəndirk. Mərkəzdə Aynur xanımı gördük. Akif hoca dedi ki, sizin işlərə Aynur xanım baxacaq. Aynur xanım dedi ki, əməliyyatın xərcinin müəyyən məbləğini düzəldin, qalan pulu fond var, onlar qarşılayacaq. Soruşduq ki, nə qədər pul lazımdır? Dedi, 20 min dollar gıitrin. Biz 10 min dollarımızın olduğunu dedik. Aynur xanım razılaşdı, biz də pullu apardıq.

Pulu Aynur xanım saydı, Nuridənin stolun üstünə qoydu. 10 min dollar verdik. 300 dollar da donor axtarışı üçün Aynur xanımın kartına göndərdim. Sonradan Aynur xanım bildirdi ki, sizin uşaq üçün 4 donor müəyyən olunub. Türkiyədə donor vermək pulsuzdur. Amma pulla satanlar da var".

Zərərçəkmiş qeyd edib ki, pulunu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edib.

Nuridə Seyidova deyib ki, bu işdə heç kimin tutulmasını istəməyib: "Bu işdə Aynurun da günahı var. İndi özünü kənara çəkir. Amma günahkardır. Mən bu işin problemə çevirilməsini istəməmişəm. Aynur problem yaradıb".

Digər zərərçəkmiş Elnur İsfəndəyərov bildirib ki, Vətən Müharibəsi vetranıdır, Müdafiə Nazirliyinin işçisi olub: "Qızımın 13 yaşı vardı. Talassemiya Mərkəzinə yaxınlaşdıq, Afaq xanımın qəbulunda olduq. Dedi ki, kömək edə bilməyəcəm. Bu zaman Antalyadan olan həkim Akif Yeşil içəri girdi. Məni formada gördü, maraqlandı. Dedi ki, sənə köməklik edəcəm. Məni göndərdi Aynur xanım yanına, orada qeydiyyatda keçdim. 510 manat donor axtarışı üçün ödəniş etdim.

Türkiyədən cavab gəldi, 83 min manat pul lazım idi. Həmin pulu toplaya bilmədik. Sonradan dedilər ki, "Nərgiz" fondu var, onlar əməliyyatın pulunu qarşılayacaq, nə var, gətir. Mən də 25 min manat gətirdim. Aynur pulu saydı, Nuridıyə verdi".

Növbəti proses yanvarın 15-də davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra 2023-cü ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 08 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri