Icma.az
close
up
RU
Talassemiya işi : məşhur həkim ifadə verib

Talassemiya işi : məşhur həkim ifadə verib

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reyting.az "Report"-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı və Talassemiya Mərkəzininin sabiq baş həkimi Xuraman Cəfərova ifadə veriblər.
Şahid Xuraman Cəfərova deyib ki, Bakı Baş Səhiyyə Mərkəzində aparıcı mütəxəssis vəzifəsində çalışır. Onun sözlərinə görə, 2012-ci ildən 2022-ci ilə qədər Talassemiya Mərkəzində çalışıb, həmçinin qısa müddət ərzində mərkəzdə baş həkim vəzifəsini icra edib.
"Təqsirləndirilən şəxslərdən Aynur xanımı 2022-ci ilin aprel ayından kuryer kimi tanımışam. Mən baş həkim təyin olunandan sonra bir nəfər zərərçəkən dedi ki, Aynur xanım onlardan pul götürüb. O, xahiş etdi ki, bu barədə heç kimə bildirməyim. Zərərçəkən məsələ barədə kiməsə danışacağım təqdirdə, yaxınının əməliyyata götürülməyəcəyindən qorxurdu. Lakin buna baxmayaraq, mən məsələ ilə bağlı rəhbərliyə məlumat verdim, ondan sonra Aynur Bayramova mərkəzə buraxılmadı. Mən xəstə yaxınlarından kuryerə niyə bu qədər etibar etdiklərini soruşurdum", - şahid deyib.
Xuraman Cəfərova əlavə edib ki, o, Talassemiya Mərkəzinə baş həkim təyin olunandan sonra bu məsələnin üstü açılıb:
"Türkiyədən Medikal parkın hocası bizə gəlirdi. Bizim bir neçə xəstəmiz orada əməliyyat olunurdu. O, bura gələndə Aynur xanım da onun yanında qeydiyyatçı kimi gəlirdi. Əməliyyatın pulunun hansısa şirkətin ödəməsi barədə məlumatım olmayıb. Bunu yalnız xəstələrdən öyrənmişəm. 2009-cu ildən bizim pasiyentlərimizi Türkiyəyə göndərirdilər, daha sonra xəstə sayı çoxaldıqca oradan Akif hoca özü bura gəlirdi".
Məhkəmə tərkibinin üzvü Şəlalə Həsənova Xuraman Cəfərovadan Aynur Bayramova kuryer olduğu halda Talassemiya Mərkəzində necə sərbəst hərəkət etdiyini soruşub. X. Cəfərova cavabında bildirib ki, o, baş həkim təyin olunandan sonra belə hallara rast gəlinməyib.
"Aynur Bayramova ilə əlaqəm olmayıb. İki dəfə donor barədə sual vermişəm. O, Medikal parka gedib-gəlirdi deyə, bunlardan məlumatı var idi", - şahid bildirib.
Təqsirləndirilən Aynur Bayramova şahid Xuraman Cəfərovaya ona Talassemiya Mərkəzində otaq verilib-verilməməsi ilə bağlı sual verib:
"Sizin baş həkimliyiniz dövründə "Urmed help" şirkəti Talassemiya Mərkəzinə necə daxil olub? Xuraman xanım Nuridə Seyidovaya xəstə göndərib. Onun ifadələri yanlışdır. Dedi ki, o, baş həkim təyin olunandan sonra mən Talassemiya Mərkəzinə daxil ola bilməmişəm, lakin yalan deyir, Xuraman Cəfərova baş həkim təyin olunandan sonra da mərkəzə daxil olurdum".
Şahid Xuraman Cəfərova Aynur Bayramovaya Talassemiya Mərkəzində otaq vermədiyini deyib.
Sonra prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı ifadə verib. O deyib ki, Aysel Məmmədovanı və Nuridə Seyidovanı tanıyır:
"Orqan transplantasiyası artıq İcbari Tibbi Sığorta hesabına ödənilir, lakin bundan əvvəl xəstə öz hesabına etdirirdi. Nuridə Seyidovanın şirkəti həmin vaxt xəstələrə yardım edir, onlar əməliyyat olunurdu. Daha sonra 5 xəstənin əməliyyat pulu ödənilmədi. Buna görə də, "Urmed help" şirkəti ilə müqaviləyə xitam verildi. Təxmini 10-a yaxın xəstə həmin şirkət tərəfindən əməliyyat olunmuşdu".
şahid Mircəlal Kazımının sözlərinə görə, xəstəxanaya ödənişlər rəsmi şəkildə həyata keçirilib:
"Aysel Məmmədova ilə xəstələrə kömək olunması ilə bağlı telefon danışıqlarımız olurdu. Müqaviləni Mərkəzi Gömrük Hospitalı ilə "Urmed help" şirkəti bağlamışdı. Müqavilə bağlananda mən iştirak etməmişəm".
Prosesdə Mircəlal Kazımı ilə Aysel Məmmədova arasındakı telefon danışığı dinlənilib.
Belə ki, Aysel Məmmədova həkim ilə danışan zaman Mircəlal Kazımıyə polisin ondan izahat götürdüyünü bildirib. O, telefon əlaqəsi zaman həkimə onun və Tariyel doktorun adlarını da izahatında qeyd etdiyini deyib.
Səs yazısını münasibət bildirən Mircəlal Kazımı deyib ki, Aysel Məmmədova ilə telefon danışığı zamanı o, yalnız xəstələrlə bağlı narahatlığını bildirib.
Daha sonra zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun məhkəməyə çağırılması ilə bağlı vəsatət veriblər.
Məhkəmə vəsatəti rədd edib. Hakim Azad Məcidov bildirib ki, bəzi adamlar məhkəməyə çağırılanda gəlmirlər:
"Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılsa, belə gəlmirlər. Həmçinin gələn adamlar da yeni bir şey danışmırlar. Ona görə də, əlavə şahidlərin çağırılmasına ehtiyac yoxdur".
Həmçinin prosesdə hakim Azad Məcidov sənədlərin tədqiqi mərhələsinə keçildiyini bildirib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.
Məlumat əsasında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub.
Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see354

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see257

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see242

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see234

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see221

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see206

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see185

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see178

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see168

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see166

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see165

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see159

Qurban Qurbanov Zaqrebdə media önünə çıxacaq

21 İyul 2026 00:34see159

Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq

21 İyul 2026 04:05see153

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see151

Prezidentin Almaniya səfəri ilə bağlı Video

21 İyul 2026 20:13see151

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see150

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see149

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see149

Şəxsi məlumatlarla bağlı narahatlıq banklara etimadı sarsıda bilər

21 İyul 2026 12:30see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri