Icma.az
close
up
RU
Mənim üçün böyük xoşbəxtlikdir Prezidentin təltif etdiyi AKADEMİK

Mənim üçün böyük xoşbəxtlikdir Prezidentin təltif etdiyi AKADEMİK

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Akademik Məmməd Əliyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunması xəbərini böyük sevinclə qarşılayıb. O qeyd edib ki, qalib dövlətin Prezidentindən mükafat almaq ikiqat şərəfdir.

Modern.az xəbər verir ki, bu fikirləri dünyaşöhrətli onkoloq, həmyerlimiz, akademik Məmməd Əliyev 70 illik yubileyi günü AZƏRTAC-a müsahibəsində söyləyib.

Xatırladaq ki, aprelin 8-də Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə akademik Məmməd Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafata layiq görülmək mənim üçün böyük xoşbəxtlikdir. İlham Heydər oğlunun məni “Şərəf” ordeni ilə təltif etmək barədə sərəncam verdiyini bildikdə böyük sevinc hissi keçirdim. Xüsusilə də Azərbaycanın qalib ölkə statusunda olması daha böyük xoşbəxtlikdir. Bu halda mükafatlar daha dərin gözəl hisslər bəxş edir. Əvvəlki mükafatlar da xoş təsir bağışlayıb, amma indi bu hiss tamam fərqlidir”, – deyə o vurğulayıb.

Yetmiş illik yubileyi münasibətilə özünə nə arzulayacağı barədə sualı cavablandıran akademik bildirib ki, əsas istəyim yaxınlarımın, dostlarımın və tələbələrimin etimadını doğrultmaqdır: “Əgər 70 ilim hədər getməyibsə, qoy bundan sonrakı ömrüm də yaxınlarımın və tələbələrimin məndən gözləntilərinə uyğun keçsin. Heç vaxt onları məyus etməyim”.

Onun sözlərinə görə, hərçənd 70 yaşında artıq peşəkar kimi özünü təsdiqləyib, amma əsas məsələ təcrübəni bölüşməkdir: “Mənim parlaq məktəbim var. Bu gün Rusiyada 15 klinika eyni standartlarla əməliyyatlar aparır. Biz Rusiyada və MDB məkanında ciddi bir komanda formalaşdırmışıq. Azərbaycanda Cəmil Əliyevin və Əhliman Əmiraslanovun da gözəl məktəbləri var. Biz vahid protokollarla, bir komanda kimi işləyirik”.

Məmməd Əliyev bildirib ki, 70 yaşdan sonra insan üçün tələbələrinin uğurlarına sevinmək xüsusilə önəmlidir və o, öz işinin davamını məhz onların nailiyyətlərində görür.

M.Əliyev tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının əcnəbi üzvü, Dövlət Mükafatı və Hökumət Mükafatı laureatı, Rusiyanın Əməkdar elm xadimidir. Uzun müddət Rusiya Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Onkologiya MTTM-də elmi və tibbi işlər üzrə direktor müavini vəzifəsində çalışıb, Uşaq Onkologiyası və Hematologiyası Elmi-Tədqiqat İnstitutunun direktoru olub. Hazırda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsində baş direktorun müşaviridir. O, Rusiya Elmlər Akademiyasının Fiziologiya şöbəsinin Rəyasət Heyətinin üzvü və Fundamental Tibb bölməsinin rəhbəri, Sarkomaların Tədqiqi üzrə Şərqi Avropa Qrupunun prezidenti, 500-dən çox çap olunmuş əsərin müəllifidir.

Soydaşımız “Dostluq” və “Şöhrət” ordenləri, Azərbaycan Prezidentinin Fəxri diplomu, habelə Rusiyanın “Dostluq” ordeni və digər dövlət mükafatları ilə təltif edilib.

O, həkimlik fəaliyyəti ilə yanaşı, həm də fəal ictimai xadim kimi tanınır. M.Əliyev 15 ildən artıqdır ki, Rusiyadakı soydaşlarımızın ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri