Prezidentin təltif etdiyi Cahangir Novruzov: Mənim üçün gözlənilməz oldu
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmasına münasibət bildirib.
Oxu.Az-a açıqlama verən Cahangir Novruzov xəbərin onun üçün gözlənilməz olduğunu deyib.
"Mənim üçün çox gözlənilməz və xoş bir xəbər oldu. İmtahandan gəlmişəm və xəbəri elə indicə Diaspora Komitəmizdən zəng edib dedilər. İlk sözüm də o oldu ki, "yenə nə etmişəm belə?" (gülür-red). Cənab Prezidentə ayırdığı diqqətə görə təşəkkür edirəm. Bilmirəm fikrimi necə izah edim, o qədər işin, siyasətin içində mən də yada düşmüşəmsə, buna ancaq sevinə bilərəm. Təşəkkürümü məktub vasitəsi ilə cənab Prezidentə çatdıracam. Sevinən bütün dostlar çox sağ olsunlar. Hər kəsə minnətdaram", - deyə C.Novruzov bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















