Icma.az
close
up
RU
“Mənim üçün duyğusal təcrübə idi”: Özge Gürel “44”dən danışdı

“Mənim üçün duyğusal təcrübə idi”: Özge Gürel “44”dən danışdı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Vətən müharibəsinə həsr olunan “44” bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, Ö.Gürel bu barədə “Vogue Türkiye”yə danışıb. 

Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarla bir arada olmaq onun üçün fərqli təcrübə olub:

“Mənim üçün duyğusal təcrübə idi. Çəkilişlərimiz uzun müddət davam etdi və bu mənə çox dəyərli əlaqələr qazandırdı. Azərbaycanlı aktyor İbrahim Çingiz inanılmaz dərəcədə çalışqan və çox istedadlıdır. Onunla işləmək, birlikdə nələrsə yaratmaq çox xoşdur. Hekayədə duyğular bizim üçün əsasdır. Buna görə də ortaq dil tapmaqda çətinlik çəkmədik, çünki hekayənin özü bizə kifayət qədər ilham verdi.

Nələrisə vaxtında çatdırmaq, tələskənlik bəzən yorucu ola bilir. Burada isə bir aktyor kimi öz duyğularımı idarə edə bilmək üçün kifayət qədər imkanımın olduğunu hiss etdim. Hamımız hekayənin içinə dərindən daxil olmuşduq. Səhnələrdən əvvəl rejissorlarımla və digər aktyorlarla uzun söhbətlər edirdik. Bu proses özümü olduqca yaxşı hiss etməyimə də kömək etdi”.

Ö.Gürel həmçinin Bakıda “44” filminin qala gecəsindən sonra El Gouna Film Festivalı üçün Misirə getməsi ilə bağlı sualı da cavablandırıb:

“Möhtəşəm bir səyahətdir. Hekayələrin ardınca gedərək tamamilə fərqli yolları kəşf etmək və hər səfərin sonunda kinonun gücünə yenidən heyran olmaq... Söhbət hekayə danışmaqdan gedirsə, məkanın və zamanın heç bir əhəmiyyəti yoxdur, geriyə qalan yeganə həqiqət hekayənin özü və onun sizə hiss etdirdikləridir...”

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri