Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 11 oktyabr, AZƏRTAC
“44” bədii filminin ssenarisini ilk oxuduğum gündən bu layihədə yer almaq məni çox həyəcanlandırıb.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 12-də “44” bədii filminin premyera mərasimində iştirak üçün Bakıya gələn türkiyəli aktrisa Özge Gürel Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Aktrisa Azərbaycana ilk dəfə “44” bədii filminin çəkilişləri zamanı gəldiyini vurğulayaraq bildirib ki, buraya gəlmək, vaxt keçirmək və Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bir hekayədə var olmaqdan qürur duyur.
“Filmi çox maraqla gözləyirəm. Tizerilər də çox yaxşı idi”, – deyə aktrisa qeyd edib.
Qeyd edək ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim ediləcək.
Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Səfiyar Məcnun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 11 Oktyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















