Icma.az
close
up
RU
“Mənim uşağım sizi tanımır”

“Mənim uşağım sizi tanımır”

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mənim uşağım sizi tanımır”

Dizayner Aynur Xəlilovanın yutub platformasında yayımlanan “Hərşeyşünas” podkastının mövsüm finalında Xalq artisti Röya qonaq olub.

OLAY yazır ki, sənətçi verilişdə efir məkanında yer alan musiqilərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bayağı musiqilərin qarşısını almaq sənətçilərdən deyil, televiziya və kanal rəhbərlərindən asılıdır:

“Bayağı musiqidən nə qədər danışsaq da, bir şey edə bilməyəcəyik. Bunu kanal rəhbərləri bilər. Biz, yəni radio tərəfi, öz işini gözəl görür. Cavan qızlara baxıram – gözəl, qəşəng qızlardır, səsləri də pis deyil. Bəlkə seçimləri pisdir, bəlkə onlara belə başa salırlar”.

Röya gənc ifaçılara da səslənərək, dəyişiklik etməyə təşviq edib:

“Əzizlərim, gözəl xanımlar, istəmərəm birinizin xətrinə dəymək. Amma nəfs çox pis şeydir. Ruzidə elə bir şeydir ki, Allah deyir: “Mən özüm bilərəm kimə nə verərəm”.Bir yoxlayın dəyişməyi. Mən lirakaçıyam. Mən lirika ilə nə qazanacağam? Gedib gəlinlə bəyi ağladım bütün günü? Bir yoxlayın da…”

O, bayağı mahnı anlayışına da fərqli baxdığını qeyd edib:

“Mən həmişə deyirəm: bayağı mahnı yoxdur, onun pis təqdim edicisi var. Vallah, götürərəm birinizin mahnısını, oxuyaram və sübut edərəm ki, siz onu pis təqdim edirsiniz”.

Sənətçi ifaçıların bəzən maddi qorxularla səviyyəli musiqidən uzaqlaşdıqlarını bildirib:

“Qorxurlar ki, qulaq asmazlar, toya çağırmazlar. Əşi, bir il yığdınız – maşallah, maşınlarınız, evləriniz var. İndi bir az da az qazan. Çünki ən çox siz rayonlara gedirsiniz, orada da böyüyən uşaqlar var axı…”

Röya öz uşaqlıq xatirələrindən də danışaraq bildirib ki, bu problem təkcə bu dövrə aid deyil:

“Mənim də dövrümdə “Əmiqızı” mahnısı vardı (oxuyur). Mənim 10 yaşım vardı, İsmayıl və Ayxan doğulanda atam bizi Ağdama qonaq apardı. Bütün əmi uşaqları o mahnını oxuyurdu mənə. Yəni o vaxt da bu var idi, sadəcə kanallar buna icazə vermirdi”.

Sonda isə o, sənətçilərin öz övladlarını hansı dəyərlərlə böyütdüyünü sual altına alıb:

“Hamısı bayağı oxuyur, amma hamısının da uşaqları ingilis dilli məktəbdədir. Yaxşı şeydirsə, niyə öz dilində oxutdurmursan? Qoy sənin dilində olan məktəbə getsin, sənin mahnılarını orada eşitsin. Mənim uşağım sizi tanımır, ancaq xariciləri tanıyır. Çünki sizdən qorumaq üçün, bəs sən kimdən qoyursan uşağı aparıb ora qoyursan?”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://olay.az
archiveBu xəbər 02 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri