Icma.az
close
up
RU
“Mənim uşağım sizi tanımır”

“Mənim uşağım sizi tanımır”

Icma.az, Milli.az saytına istinadən bildirir.

Xalq artisti Röya Ayxan  dizayner Aynur Xəlilovanın yutub platformasında yayımlanan "Hərşeyşünas" podkastının mövsüm finalında qonaq olub.

Milli.Az xəbər verir ki, sənətçi verilişdə efir məkanında yer alan musiqilərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bayağı musiqilərin qarşısını almaq sənətçilərdən deyil, televiziya və kanal rəhbərlərindən asılıdır:

"Bayağı musiqidən nə qədər danışsaq da, bir şey edə bilməyəcəyik. Bunu kanal rəhbərləri bilər. Biz, yəni radio tərəfi, öz işini gözəl görür. Cavan qızlara baxıram - gözəl, qəşəng qızlardır, səsləri də pis deyil. Bəlkə seçimləri pisdir, bəlkə onlara belə başa salırlar".

Röya gənc ifaçılara da səslənərək, dəyişiklik etməyə təşviq edib:

"Əzizlərim, gözəl xanımlar, istəmərəm birinizin xətrinə dəymək. Amma nəfs çox pis şeydir. Ruzidə elə bir şeydir ki, Allah deyir: "Mən özüm bilərəm kimə nə verərəm".Bir yoxlayın dəyişməyi. Mən lirikaçıyam. Mən lirika ilə nə qazanacağam? Gedib gəlinlə bəyi ağladım bütün günü? Bir yoxlayın da..."

O, bayağı mahnı anlayışına da fərqli baxdığını qeyd edib:

"Mən həmişə deyirəm: bayağı mahnı yoxdur, onun pis təqdim edicisi var. Vallah, götürərəm birinizin mahnısını, oxuyaram və sübut edərəm ki, siz onu pis təqdim edirsiniz".

Sənətçi ifaçıların bəzən maddi qorxularla səviyyəli musiqidən uzaqlaşdıqlarını bildirib:

"Qorxurlar ki, qulaq asmazlar, toya çağırmazlar. Əşi, bir il yığdınız - maşallah, maşınlarınız, evləriniz var. İndi bir az da az qazan. Çünki ən çox siz rayonlara gedirsiniz, orada da böyüyən uşaqlar var axı..."

Röya öz uşaqlıq xatirələrindən də danışaraq bildirib ki, bu problem təkcə bu dövrə aid deyil:

"Mənim də dövrümdə "Əmiqızı" mahnısı vardı (oxuyur). Mənim 10 yaşım vardı, İsmayıl və Ayxan doğulanda atam bizi Ağdama qonaq apardı. Bütün əmi uşaqları o mahnını oxuyurdu mənə. Yəni o vaxt da bu var idi, sadəcə kanallar buna icazə vermirdi".

Sonda isə o, sənətçilərin öz övladlarını hansı dəyərlərlə böyütdüyünü sual altına alıb:

"Hamısı bayağı oxuyur, amma hamısının da uşaqları ingilis dilli məktəbdədir. Yaxşı şeydirsə, niyə öz dilində oxutdurmursan? Qoy sənin dilində olan məktəbə getsin, sənin mahnılarını orada eşitsin. Mənim uşağım sizi tanımır, ancaq xariciləri tanıyır. Çünki sizdən qorumaq üçün, bəs sən kimdən qoyursan uşağı aparıb ora qoyursan?" (Olay)
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 İyun 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri