Icma.az
close
up
RU
“Mənimlə kim risk edib münasibət aydınlaşdırar ki?! İsmayıl Rzanın ə MÜSAHİBƏSİ FOTO

“Mənimlə kim risk edib münasibət aydınlaşdırar ki?! İsmayıl Rzanın ə MÜSAHİBƏSİ FOTO

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Gənclər” klubunun üzvü İsmayıl Rza Azərbaycanda ən uzunboylu voleybolçudur. Onun boyu 211 santimetrdir. Nəzərə alsaq ki, dekabrın 5-də onun cəmi 17 yaşı tamam olub, demək olar ki, yaxın gələcəkdə daha da uzanacaq.

İdman.Biz oxucuları bu gənc idmançı ilə daha yaxından tanış etmək qərarına gəlib.

- İsmayıl, harada oxuyursunuz və boyunuza görə məktəbdə hər hansı problemlə üzləşmisinizmi?

- Biz Tovuz rayonundan olsaq da, mən Bakıda anadan olmuşam. Beşinci sinfə qədər 204 saylı məktəbdə oxumuşam, sonra 287 saylı liseyə keçmişəm. Boyuma görə heç vaxt ciddi problem yaşamamışam. Mən axı hələ uşaq bağçasında da ən uzunboylu idim (gülür). Yeganə çətinlik baxışlarla bağlı idi: kimisi maraqla baxırdı, kimisi isə ehtiyatla. Amma məktəbdə kiminləsə ünsiyyət qurmağa və ya dostluq etməyə boyum heç vaxt mane olmayıb. Ola bilsin ki, bu, ünsiyyətcil olmağımla və bir çox mövzuda sərbəst danışa bilməyimlə bağlıdır.

- Bəs qohumlarınız necə?

- Boyumu elə onlardan almışam (gülür). Anamın qardaşı, keçmiş hərbçi, düz iki metrdir, əmioğlum, onun oğlu Babək Rzayev isə 204 sm-dir! O da voleybol oynayır, “Ordu” klubunda. O, mənim yaşıdımdır. Elə boşuna demirlər: “Oğlan dayısına çəkər” (gülür).

- Təsəvvür edirəm, dava-dalaş olsa nə baş verər! Məktəbdə yumruqla münasibət aydınlaşdırmalı olduğunuz hallar olubmu?

- Xeyr, belə şey olmayıb. Heç kim mənə sataşmayıb. Dediyim kimi, bəzən hətta ehtiyatla baxırlar, kim risk edib dava salar ki? (gülür). Ümumiyyətlə, mən konfliktləri sevmirəm. Daha çox normal insani ünsiyyəti xoşlayıram. Heç olmasa bizim sinifdə hamı mənə yaxşı münasibət göstərir.

- Boyunuz sizə daha çox problem yaradır, yoxsa əksinə, kömək edir?

- Nəyə görə baxırıq. Ayaqqabı və insanların baxışları baxımından – əlbəttə, problem yaradır. Küçədə baxışlara görə əvvəllər diskomfort hiss edirdim, indi isə artıq o qədər də fikir vermirəm. Yeri gəlmişkən, bunda voleybol çox kömək etdi – orada özünü “öz adamlarının” arasında hiss edirsən və boy fərqi küçədəki qədər hiss olunmur.

Ayaqqabıya gəlincə, onları yalnız Trendyol və Amazon vasitəsilə sifariş edirəm. Üstəlik, ingilis dili ilə problemim yoxdur. Axı Bakıda 51,5 ölçülü ayaqqabını haradan tapım? (gülür). Geyim tapmaq nisbətən mümkündür – XXL ölçü geyinirəm, amma ayaqqabı və kostyumlarla böyük çətinlik var. Kostyumları sifarişlə tikdirirəm.

Bir də yerləşmə problemi var. Taksi ilə gedəndə yalnız ön oturacaqda əyləşirəm, ümumiyyətlə minik avtomobillərində getmək çox narahatdır. Avtobusda isə daha rahat olur, ona görə tez-tez klub avtobusu ilə gedirəm.

Amma boy ev işlərində kömək edir. Pərdələri asmaq və ya şkafın yuxarı rəflərindən nəsə götürmək lazım olanda anam dərhal məni çağırır (gülür).

- Belə boyla… Niyə məhz voleybol, basketbol yox? Və “Gənclər”ə necə düşdünüz? Deyirlər, evdə əvvəl etiraz edirdilər…

- Mən uşaqlıqdan voleybolu sevmişəm – tez-tez həyətdə, rayona gedəndə də oynayırdıq. Basketbola isə heç vaxt marağım olmayıb. “Gənclər”ə isə tam təsadüfən düşdüm – necə deyərlər, doğru zamanda doğru yerdə oldum. “Sərhədçi”də oynayırdım – həvəskar səviyyədə. Sonra “Azərreyl”in məşqçisi İftixar müəllim məni gördü və komandaya dəvət etdi, daha sonra isə məni gənclər yığmasının və “Gənclər” klubunun baş məşqçisi Cahangir Seyed-Abbasiye göstərdi. O da oyunumuzu izlədikdən sonra məni dərhal həm yığmaya, həm də kluba dəvət etdi.

Amma evdə, xüsusilə də atam qəti şəkildə qarşı idi. O istəyirdi ki, mən oxuyum və hətta Cahangir müəllimin evimizə gələndə ilkin təklifini də rədd etmişdi. Çünki “Sərhədçi”də oynayanda həftədə üç dəfə məşq edirdik, Cahangir müəllimin yanında isə gündə iki dəfə, həftədə altı gün məşq etmək və bütün vaxtı komanda ilə keçirmək lazım idi.

- Bəs atanızı necə razı saldınız?

- Atamı Azərbaycan Voleybol Federasiyasına, AVF-nin prezidenti Şahin Bağırovla görüşə dəvət etdilər. Həmin söhbətdən sonra razılıq verdi.

- Məktəb məsələsini necə həll etdiniz? Gündə iki məşqlə oxumaq demək olar ki, mümkün deyil axı…

- Müəllimlərə təşəkkür edirəm – mənə xoş münasibət göstərirlər. Çünki əvvəllər yaxşı oxuyurdum, indi də anlayışla yanaşırlar. Düzdür, deyirlər ki, tənbələm, amma bu, mənim təbiətimdəndir – hər şeyi aramla etməyi sevirəm (gülür). Proqramdan geri qalmamaq üçün repetitorlarla məşğul oluram.

- Komanda yoldaşlarından geri qalmamaq, 211 sm boyla formanı qorumaq üçün xüsusi qidalanma lazımdır. Çəkiniz nə qədərdir və necə qidalanırsınız?

- Hazırda 115 kiloqramdır. Əvvəl 120 idi. Çəkimi azaldım, çünki trenajor zalında daha aktiv məşq etməyə başladım. Mənə əzələ kütləsi yığmaq lazımdır, ona görə də yağlı qidalardansa daha çox proteinli qidalar - toyuq, düyü yeyirəm. Meyvələrdən banan və feyxoa üstünlük verirəm. Klubda bizi çox yaxşı qidalandırırlar - buna böyük diqqət yetirilir. Mənə xüsusi pəhriz təyin edilib ki, əzələ kütləsi yığım.

- Klubda sizi yaxşı yedirirlər, trenajorlarda müntəzəm məşq edirsiniz, amma nədənsə çempionatda hələ də qalib gələ bilmirsiniz…

- Çünki böyüklərlə oynayırıq. Bizdə ən yaşlı oyunçu 18 yaşındadır! Bəli, uduzuruq, amma hər oyunda mübarizə aparırıq. Elə olmur ki, meydançaya çıxıb “yenə uduzacağıq” deyək. Cahangir müəllim bizə qaliblər psixologiyasını aşılayır. O, bizi həmişə düzgün kökləyir və dəstəkləyir. Məğlubiyyətdən sonra heç vaxt ruhdan düşmürük və yeni döyüşlərə hazırlaşırıq. Bəzən setlər də qazana bilirik – məsələn, “Ordu”ya 1:3, “Murov”a 1:3 uduzmuşuq. Üstəlik, digər komandalar da bizə qarşı rahat çıxmırlar - bilirlər ki, biz asanlıqla təslim olmayacağıq!

Vüqar Vüqarlı

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri