Icma.az
close
up
RU
Mənimsənilən məbləği müəyyən etmək üçün mütəxəssislər dəvət olunacaq

Mənimsənilən məbləği müəyyən etmək üçün mütəxəssislər dəvət olunacaq

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik olduğu üçün məhkəmə istintaqı təzələnib.

Sonra təqsirləndirilən Vəli Rəhimovun vəkili məhkəməyə vəsatət təqdim edib.

O, vəsatətində bildirib ki, ilkin araşdırma zamanı Gövhər Əhmədova Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədova əməli törətdiyini etiraf edib:

"O, Qaraçuxurdakı evini satacağını və dəyən ziyanı ödəyəcəyini söyləyib. Lakin, sonradan baş verənlər süni şəkildə dəyişdirilib. Buna görə də Səbuhi Gülməmmədovun şahid qismində dəvət olunmasını xahiş edirəm".

Məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən Vəli Rəhimov deyib ki, ona mənimsənilən məbləğ kimi yazılmış pul Göhvər Əhmədovanın ibtidai istintaqa sübut kimi verdiyi saxta sənəd əsasında ittihama daxil edilib:

"Mənim üzərimə yazılan 147 min manat ziyan əslində yoxdur. Bu, ümumi ziyanın məbləğindən çıxılmalıdır. Xahiş edirəm, bunu müəyyən etmək üçün ekspertiza təyin edilsin".

Hakim dəymiş ziyanının müəyyən edilməsi üçün Baş Prokurorluqdan mütəxəssislər dəvət oluncağını deyib.

Həmçinin prosesdə məlum olub ki, onlar dəymiş zərərdən 170 min manatını ödəyiblər.

İttihama görə, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri və digər ödənişlər zamanı qohumlarının adlarına kart hesabları açaraq həmin kartlara pul köçürüblər.

Belə ki, sözügedən şəxslər kartlara köçürülən 717 min 311 manat pulu nağdlaşdırma yolu ilə ələ keçirərək mənimsəməkdə təqsirli biliniblər.

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinirlər.

Cinayət işi üzrə Auditorlar Palatası zərərçəkən kimi tanınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see120

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri