Britaniyada dələduzluqla mənimsənilən 500 milyon funt sterlinq süni intellektlə geri qaytarılıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 24 sentyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti son bir il ərzində dələduzluqla mübarizə üçün yaradılmış yeni süni intellekt alətinin köməyi ilə təxminən 500 milyon funt sterlinq vəsaitin geri qaytarıldığını açıqlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, geri alınan məbləğin üçdə birindən çoxu COVID-19 pandemiyası dövründə baş vermiş dələduzluqlarla bağlıdır.
Digər hissə isə saxta bələdiyyə vergisi iddialarından və sosial evlərin qanunsuz kirayəyə verilməsindən qaynaqlanıb.
Bir il ərzində geri qaytarılan ən böyük vəsait olan bu məbləğ müxtəlif dövlət qurumlarının məlumatlarının müqayisəsi və yeni süni intellekt alətindən istifadə nəticəsində əldə edilib. Rəsmi açıqlamaya görə, geri alınan pullar tibb bacılarının, müəllimlərin və polis əməkdaşlarının işə qəbulu üçün yönləndiriləcək.
Ümumi məbləğin 186 milyon funt sterlinqi COVID dələduzluqları ilə bağlı olub. Lakin bu rəqəm Leyboristlərin pandemiya dövründə itkin düşdüyünü bildirdiyi ümumi vəsaitin yalnız kiçik bir hissəsini təşkil edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















