Icma.az
close
up
RU
Menopoz dövründə qadınlara və həyat yoldaşlarına VACİB XƏBƏRDARLIQ

Menopoz dövründə qadınlara və həyat yoldaşlarına VACİB XƏBƏRDARLIQ

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis Dr. Ezgi Aydın, menopoz dövrünün qadınlarda isti basması, tərləmə, yuxusuzluq və əsəbilik kimi problemlərə səbəb olduğunu bildirib. Menopoz – qadınlıq hormonlarının azalması ilə başlayan və aybaşının tamamilə dayanması ilə xarakterizə olunan bir dövrdür. Dr. Aydın bu dövrün qadının həyatının təxminən 25 ilini əhatə etdiyini qeyd edib.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Sağlam qidalanma əsas şərtdir

Menopozun sağlam şəkildə keçməsi üçün qidalanmanın əhəmiyyətinə diqqət çəkən Aydın, tərəvəz və meyvə əsaslı qidalanma tövsiyə edib. Qırmızı ət yerinə ağ ətin, sümük əriməsinin qarşısını almaq üçün süd və süd məhsullarının daha çox istehlak edilməsinin vacib olduğunu bildirib. Qan şəkərinin stabil qalması üçün sadə şəkərlərdən uzaq durulmalı, kompleks karbohidratlara üstünlük verilməlidir. Həddindən artıq duz qəbulunun ürək-damar xəstəlikləri və sümük əriməsi riskini artırdığını qeyd edərək, duz miqdarının azaldılmasını tövsiyə edib.

Həyat yoldaşlarına anlayış çağırışı

Aydın, kişilərin bu dövrdə həyat yoldaşlarına daha anlayışlı yanaşmalı olduğunu vurğulayıb:

"Qadınlar bioloji və psixoloji olaraq daha çox təsirlənə bilirlər. Bu dövrdə kişilər həyat yoldaşlarına dəstək olmalı, anlayışlı davranmalıdır. Əks halda depressiya halları artaraq ailə daxili narahatlıqlara səbəb ola bilər."

Kofein və siqaretə diqqət

Menopoz dövründə çay, qəhvə, qazlı içkilər və şokolad kimi kafeinli məhsullardan uzaq durulmalı, bitki çaylarına üstünlük verilməlidir. Uşa basması, yuxusuzluq və sümük əriməsi kimi şikayətləri azaltmaq üçün kafein istehlakı azaldılmalıdır. Siqaret isə mütləq tərgidilməlidir.

Sonda Aydın, menopoz zamanı çəki artımının qarşısını almaq üçün sağlam qidalanma və müntəzəm idmanın vacibliyini də vurğulayıb.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri