Icma.az
close
up
RU
“Mənsum İbrahimov həyatını muğam sənətinin inkişafına həsr edən sevimli sənətkarımızdır”

“Mənsum İbrahimov həyatını muğam sənətinin inkişafına həsr edən sevimli sənətkarımızdır”

Icma.az bildirir, 525.az portalına istinadən.

“Son günlər bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminə, sənətinə xalq tərəfindən ehtiram göstərilən şəxslərə qarşı yeni hücum dalğası başlayıb. Haqsız hücumlara hədəf olan sənətkarlarımızdan biri də Xalq artisti, professor Mənsum İbrahimovdur”.

525.az xəbər verir ki, bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

O qeyd edib ki, Mənsum İbrahimov hələ gənc yaşlarından ölkəmizdə və dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük hörmət, ehtiram qazanıb: “Mənsum müəllim bu hörməti öz davranışı, elmi, mədəniyyəti və sənəti, istedadı ilə qazanıb. Muğamımızın az qala unudulduğu ağır illərdə, 90-cı illərdə Mənsum müəllim bu sənətə sadiq qalıb, milli opera sahəsində fəaliyyət göstərib, milli musiqimizə xidmət edib. Böyük ustadlar – Arif Babayev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev – həmişə Mənsum İbrahimova hörmət və ehtiramlarını gizlətməyiblər. O, gənc yaşlarında qatıldığı müsabiqələrin qalibi olub, həm ölkəmizdə, həm də dünya miqyasında keçirilən mötəbər tədbirlərdə böyük etimad qazanıb”.

E.Həsənli bildirib ki, M.İbrahimov uzun müddətdir opera teatrında çalışır, konservatoriyada gənclərə muğamların sirlərini öyrədir, hazırda Milli Konservatoriyada kafedra müdiridir: “Xalq artisti Mənsum İbrahimova Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev tərəfindən də həmişə etimad göstərilib. Gənc yaşlarında Əməkdar və Xalq artisti adlarına layiq görülüb, dövlətimizin başçısı tərəfindən əməyi yüksək qiymətləndirilərək, “Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva hər zaman onun sənətinə yüksək qiymət verib.

Mənsum İbrahimov hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Mən şahidəm ki, o, davamlı olaraq hərbi hissələrdə konsertlər verib, şahid ailələrinin, qazilərin toy məclislərində, şənliklərində təmənnasız olaraq iştirak edib.

Mənsum İbrahimovun qardaşları Birinci Qarabağ müharibəsində döyüşüb, qardaşı oğlu İsrafil 44 günlük Vətən müharibəsində şəhid olub.

Dəyərli xanəndəmiz hazırda “Yaşat” Fondunun müşahidə şurasının üzvüdür.

Mənsum İbrahimova dünyanın hər yerində Azərbaycan muğamını təbliğ edir, yorulmadan bu istiqamətdə fəaliyyət göstərir. Bu gün onun hansısa qarayaxma kampaniyasının hədəfi seçilməsi qəbuledilməzdir. Belə kampaniyalar tək Mənsum İbrahimova qarşı deyil. Zaman-zaman ayrı-ayrı görkəmli mədəniyyət və ədəbiyyat xadimlərimizə qarşı da bu cür münasibət olub. Milli-mənəvi dəyərləri qoruyan, yaşadan insanlara qarşı belə hücumlar qəbuledilməzdir.

Bu yaxınlarda Mənsum İbrahimova qarşı “Leyli və Məcnun” operasına görə, guya "gənc Məcnunların qarşısını kəsdiyinə" görə hücumlar təşkil olundu. Amma bu hücumları təşkil edənlər unudurlar ki, Mənsum İbrahimov yüzlərlə gəncin müəllimidir. Unudurlar ki, o, İlkin Əhmədov, Elnur Zeynalov kimi Məcnunlar yetişdirib.

Bu gün haqqında danışılan muğam müsabiqəsi isə xalqın gözü qarşısında keçirilib, dövlət televiziyasında yayımlanıb. Qiymətləndirmə də xalqın gözü qarşısında baş verib. Belə şəffaf mühitdə keçirilən müsabiqədə tərəfkeşlikdən, ədalətsizlikdən danışmaq yersizdir.

Muğam müsabiqəsinin bir önəmli cəhəti də Azərbaycan mədəniyyətini dünyada təbliğ etməsidir. Dünyanın dörd bir tərəfində bu müsabiqə izlənilir, sevilir. Təkcə azərbaycanlılar yox, bütün dünya türkləri və Azərbaycan musiqisinin vurğunları bu müsabiqəni izləyirlər.

Muğam müsabiqələri vasitəsi ilə bu sənətdə yeni bir nəsil yetişib. Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Babək Niftəliyev, Güllü Muradova, Kamilə Nəbiyeva və onlarla belə gənci qazandırıb muğamımıza bu müsabiqələr.

Əlbəttə, heç bir müsabiqənin nəticəsi bütün iştirakçıları hamılıqla razı sala bilməz. Çünki qalib bir nəfər olur. Yarışa qatılan gənclərin hər biri qalib olmaq istəyir. Amma onlar gəncdir, təcrübəsizdir, hələ muğamı ustadlar qədər bilmirlər. Buna görə də bəzən emosiyalara qapılaraq, xoşagəlməz fikirlər səsləndirirlər. Belə fikirlərin kimlər tərəfindənsə məqsədli şəkildə başqa istiqamətə yönəltmək cəhdi isə arzuolunmaz nəticələrə yol açır. Ona görə də hər kəs diqqətli olmağa çaılşmalı, dediyi sözün, söylədiyi fikrin məsuliyyətini dərk etməli, öz məkrli niyyətlərini həyata keçirməyə çalışanların əlində vasitəyə çevrilməməli, qiymətli mədəniyyət və sənət adamlarına həmişə ehtiram və hörmətlə yanaşmalıdırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri