Mentor: Yaradıcılıq marafonu kreativ gənclərin bir araya gəlməsinə kömək edəcək AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Şuşa, 3 dekabr, AZƏRTAC
"Yaradıcılıq marafonu"nda 21 nəfər iştirak edir".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Gənclər Paytaxtı" Şuşa şəhərində Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Yaradıcılıq marafonu"nda mentor kimi fəaliyyət göstərən "Baku Fashion Academy"nin rəhbəri Katerina Eren jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas məqsəd islam ölkələrindən olan kreativ gəncləri bir araya gətirməkdir: "Komandalar ötən gün dörd sahəyə bölündülər. Onlar müxtəlif geyimlər hazırlayırlar. Düşünürəm ki, iştirakçılar bu proqramda uğurlu işlər ortaya qoyacaqlar. Hər kəs çox həvəslə işləyir. Bu, islam ölkələrindən olan kreativ gənclərin bir araya gəlməsinə kömək edəcək. "Baku Fashion Academy"nin də tədbirdə olması sevindirici məqamdır".
Qeyd edək ki, tədbirdə İslam ölkələrindən olan gənclər dörd fərqli sahə - animasiya, dizayn, film və moda mövzusunda öz məhsullarını nümayiş etdirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 Dekabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















