Icma.az
close
up
RU
Mənuçehr Əhədpurun şirkəti CƏRİMƏLƏNDİ

Mənuçehr Əhədpurun şirkəti CƏRİMƏLƏNDİ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir Balıqartırma və Balıqyetişdirmə Elmi-İstehsalat Kompleksi – "Az Varvara” MMC barəsində inzibati qərar qəbul olunub.

Redaktor.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1 və 430.4-cü maddələri üzrə inzibati məsuliyyətə cəlb edilib.

Hər iki inzibati iş üzrə məhkəmədə ayrı-ayrılıqda baxış keçirilib.

İlk araşdırma zamanı məlum olub ki, "Az Varvara” MMC 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2024-cü ildə nə mətbuatda, nə də internet saytında dərc etdirməyib. Bu səbəbdən şirkətin qanuni təmsilçisi Hicran Vidadi qızı Məmmədova barəsində Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən inzibati protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə Hicran Məmmədova İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi üzrə 1500 manat məbləğində cərimə olunub.

Mərkəzi Bankın apardığı digər araşdırma zamanı isə müəyyən edilib ki, "Az Varvara” MMC tərəfindən xaricə 29 535,90 ABŞ dolları məbləğində vəsait köçürülüb, lakin bu vəsait geri qaytarılmayıb. Bu fakta görə Hicran Məmmədova İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 5907,18 ABŞ dolları (köçürülən vəsaitin 20%-i) məbləğində cərimələnib.

Hazırda "Az Varvara” MMC-nin Dövlət Vergi Xidmətinə 56 857,91 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, "Az Varvara” MMC-nin faktiki sahibi İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangahdır. Onun Azərbaycanda bir neçə balıq artırma zavodu və müxtəlif şirkətləri mövcuddur. Əhədpurun adı uzun müddətdir ki, mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus "Gilan” Holdinqlə birgə hallanır (Qaynarinfo). 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri