Icma.az
close
up
RU
Mənzil alışı zamanı nələrə diqqət etmək lazımdır? EKSPERT DANIŞDI

Mənzil alışı zamanı nələrə diqqət etmək lazımdır? EKSPERT DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mənzil almaq bir ailə üçün həyatdakı ən böyük addımlardan biridir. Lakin MTK-ların bəzi hallarda sənədlərdə mənzilin sahəsini şişirdərək göstərməsi alıcıları böyük zərərə uğradır. Sonradan faktiki sahənin gözləniləndən xeyli az olduğu ortaya çıxanda, ödədikləri pulla əslində daha az sahəyə sahib olduqları aydın olur. Bəs, bu cür halların yaşanmaması üçün nə edilməlidir?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsriov SİA-ya açıqlamasında bildirib ki, əvvəllər bu hallar geniş yayılmasa da, son dövrlərdə bəzi tikinti şirkətlərinin vətəndaşları müəyyən mənada aldatdığı hallarla rastlaşırıq:

"Bunu bütün şirkətlərə aid etmək olmaz, lakin nadir hal da deyil. Söhbət mənzillərin sahəsinin hesablanmasından gedir. Bir çox hallarda mənzil vətəndaşa daxildən deyil, çöldən-çölə hesablanaraq satılır. Yəni divar altları, tüstü bacaları, havalandırma şaxtaları və digər texniki boşluqlar yaşayış sahəsinə daxil edilir. Halbuki vətəndaş həmin sahədə yaşamır, yalnız net sahədən istifadə edir. Bu isə düzgün hesablanma deyil. Hazırda bazarda olan mənzillərin böyük əksəriyyəti bu qaydada satılır. Nəticədə ümumi sahənin müəyyən hissəsi faktiki olaraq vətəndaşın istifadəsindən kənarda qalır. Məsələn, vətəndaş müəyyən sahədə mənzil aldığını düşünür, lakin divarlar və texniki boşluqlar çıxıldıqdan sonra real yaşayış sahəsi xeyli azalır. Bu fərq kifayət qədər ciddi olur. Bu vəziyyətin yaranmasında müəyyən mənada vətəndaşların da məsuliyyəti var. Mənzil alarkən bağlanan müqavilə diqqətlə oxunmalıdır. Xüsusilə sahənin necə hesablandığı, ölçmənin daxildənmi, yoxsa çöldənmi aparıldığı dəqiqləşdirilməlidir. Bu məsələ aydınlaşdırılmadan mənzil almaq tövsiyə edilmir. Əgər müqavilədə bu məsələ açıq şəkildə qeyd olunmursa, gələcəkdə hüquqi mübahisələr zamanı vətəndaş çətin vəziyyətə düşə bilər və məhkəmədə haqlı olduğunu sübut etmək çətinləşər. Ona görə də vətəndaşlar tikinti şirkətindən tələb etməlidirlər ki, sahənin hesablanma qaydası müqavilədə konkret göstərilsin. Bir sözlə, bəzi şirkətlər mənzili divarlar və texniki sahələr daxil olmaqla satır. Vətəndaş isə çıxarış alarkən sahədə ciddi fərq olduğunu görür. Bu fərq əsasən divar altları, tüstü bacaları və havalandırma boşluqlarından ibarət olur. Ona görə də mənzil alarkən çox diqqətli olmağı tövsiyə edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri