Icma.az
close
up
RU
​MƏNZİL ALMAQ NİYƏ GETDİKCƏ ÇƏTİNLƏŞİR? Ekspert bütün suallara cavab verdi

​MƏNZİL ALMAQ NİYƏ GETDİKCƏ ÇƏTİNLƏŞİR? Ekspert bütün suallara cavab verdi

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda mənzil sahibi olmaq bir çox ailə üçün hələ də ən çətin maliyyə hədəflərindən biri olaraq qalır. İpoteka kreditlərində faiz dərəcələri, ilkin ödəniş tələbləri və məhdud maliyyələşdirmə imkanları vətəndaşların seçimlərini xeyli azaldır. Bu vəziyyət mənzil bazarında alıcılıq qabiliyyətinə də birbaşa təsir göstərir. Kreditlərin daha əlçatan olması həm vətəndaşlar, həm də bazarın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Mənzil kreditlərinin daha əlçatan olması üçün ilk növbədə hansı dəyişikliklər edilməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ipoteka kreditləri ilə bağlı məsələlər hər zaman müzakirə mövzusu olub və bu gün də aktuallığını qoruyur.

Onun sözlərinə görə, bu sahə kifayət qədər həssasdır və ipoteka kreditlərinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş tələblərin bir hissəsi obyektiv meyarlara əsaslansa da, bəzi yanaşmalar daha çox subyektiv xarakter daşıyır:

“İpoteka kreditlərinin faiz dərəcələri və ilkin ödəniş məbləği ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu məsələlər üzrə qərarlar qəbul edilməzdən əvvəl geniş bazar araşdırmaları və təhlillər aparılmalıdır. Müşahidələr göstərir ki, il ərzində ipoteka kreditləri üçün ayrılan vəsait demək olar ki, tam həcmdə istifadə olunur. Bu isə ipoteka kreditlərinə tələbatın yüksək olduğunu və mövcud şərtlər çərçivəsində əlçatanlığın təmin edildiyini göstərir”.

Ekspert qeyd edib ki, bazarda müşahidə olunan qiymət artımları və iqtisadi göstəricilərdəki dəyişikliklər ipoteka şərtlərinə yenidən baxılması məsələsini aktuallaşdırsa da, o, Azərbaycanda tətbiq olunan ipoteka kreditləri üzrə faiz dərəcələrini yüksək hesab etmir: “Müqayisəni qonşu ölkələr, MDB məkanı və bəzi Şərqi Avropa dövlətləri ilə apardıqda görürük ki, ölkələr arasında iqtisadi şərait fərqlidir. Azərbaycanda ipoteka sistemində dövlət birbaşa iştirak edir. Dövlət dəstəyi olan digər ölkələrdə də faiz dərəcələrinin bir çox hallarda Azərbaycandan yüksək olduğunu müşahidə edirik. Əsas məqamlardan biri ilkin ödənişlə bağlı tələblərin vahid qaydada tənzimlənməsidir. Qanunvericilikdə minimum ilkin ödəniş həddi müəyyən edilməli və müvəkkil banklar bu həddi özbaşına artırmamalıdır.

Məsələn, minimum ilkin ödəniş 15 faiz müəyyən olunursa, bank sonradan bunu 30-35 faizə qaldıraraq vətəndaşın ipotekadan yararlanmaq imkanını məhdudlaşdırmamalıdır. Vətəndaş istəsə, könüllü şəkildə daha yüksək – 40 və ya 50 faiz ilkin ödəniş edə bilər. Amma bu, bankın məcburi tələbi olmamalıdır.”

Ekspert ipoteka kreditlərinin maksimum məbləğinin artırılması məsələsinə də ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb: “Hazırda güzəştli ipoteka üzrə maksimum kredit məbləği 100 min, adi ipoteka üzrə isə 150 min manatdır. Bu limitlərin əhəmiyyətli dərəcədə artırılması proqramın sosial mahiyyətinə mənfi təsir göstərə bilər. Əgər maksimum məbləğ, məsələn, 250 min manata qaldırılsa, ayrılan vəsait dəyişmədiyi halda bu proqramdan daha az sayda vətəndaş yararlana biləcək. Bu baxımdan ipoteka layihəsini sosial proqramdan kommersiya layihəsinə çevirməmək üçün belə qərarlara ehtiyatla yanaşmaq lazımdır.”

R.Osmanlı sonda əlavə edib ki, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə davam etdirilir və bu istiqamətdə görülən tədbirlər əmək münasibətlərinin daha da şəffaflaşmasına səbəb olur: “Gəlirlərinin rəsmiləşdirilməsi genişləndikcə ipoteka kreditlərinə çıxış imkanları da tədricən yaxşılaşacaq. Mövcud iqtisadi şərait nəzərə alınmaqla ipoteka şərtlərində müəyyən nisbi dəyişikliklər etmək mümkündür. Bununla belə, bütün qərarlar sosial məqsədlər və bazarın real vəziyyəti nəzərə alınmaqla qəbul edilməlidir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri